Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:37

Aclıq edənlər 6 nəfər oldu


Aclıq aksiyası
Aclıq aksiyası
«Bütün siyasi məhbuslara azadlıq!» tələbi ilə Müsavat qərargahında keçirilən aclıq aksiyası davam edir.

Oktyabrın 17-də aksiyaya Müsavat Gənclər Komitəsinin üzvü Novruz Orucov, AXCP-dən Gözəl Bayramlıİradə Əliyeva qoşulub.

Bununla da aclıq edənlərin sayı 6 nəfər olub.

Aksiyanı oktyabrın 14-də 2 aprel aksiyası zamanı həbs edilən AXCP üzvü Elnur Məcidlinin atası Arzuman Məcidli ilə müsavatçı Rüfət Hacıbəylinin atası İbrahim Hacıbəyli başlayıb.

A.Məcidli AzadlıqRadiosuna deyib ki, oktyabrın 16-sı axşamı onlar həkim müayinəsindən keçiblər:

«Təzyiqimiz qalxıb. İbrahimdə də, məndə də təzyiq 140 olub».

A.Məcidli səhhətləri ağırlaşdığı təqdirdə aksiyanı dayandıra biləcəklərini, amma bu halda da onları əvəzləyən olacağını deyir.

Aksiya keçirənlər divara «Siyasi məhbuslara azadlıq!», «Övladlarımızın həbsinə etiraz edirik!», «Siyasi məhbuslarsız «Eurovision»!» və s. şüarlar yazıblar.

İctimai Palatanın 2 aprel aksiyasından sonra 14 müxalifətçi müxtəlif müddətlərə azadlıqdan məhrum edilib.

Aclıq aksiyası keçirənlər 2 aprel mitinqində tutulanlarla yanaşı, həm də Ruslan Bəşirli, Cabbar Savalan, Bəxtiyar Hacıyev və hüquq müdafiəçisi Vidadi İsgəndərlinin azad olunmasını da tələb edirlər.

Keçmişdə də müxalifətçilərin və jurnalistlərin oxşar aksiyaları olub. Lakin bir qayda olaraq rəsmi dairələr bu cür aksiyalara əhəmiyyət verməyiblər.
XS
SM
MD
LG