Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:19

Aclıq edən müxalifətçilərə 4 nəfər də qoşulub


Aclıq aksiyası
Aclıq aksiyası
Oktyabrın 18-də Müsavat Partiyası qərargahında keçirilən aclıq aksiyasına AXCP sədrinin müavini Nurəddin Məmmədli, AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı, Müsavat Partiyasından isə Ellada MəmmədliSevda Laçınlı qoşulub.

Aclıq aksiyası «Bütün siyasi məhbuslara azadlıq!» tələbi ilə keçirilir.

Aksiyanı oktyabrın 14-də 2 aprel aksiyası zamanı həbs edilən AXCP üzvü Elnur Məcidlinin atası Arzuman Məcidli ilə müsavatçı Rüfət Hacıbəylinin atası İbrahim Hacıbəyli başlayıb. Oktyabrın 16-sı axşam onlar həkim müayinəsindən keçiblər.

3 günlük aksiyadan sonra Arzuman Məcidli, İbrahim Hacıbəyli və Dəyanət Babayevin səhhəti pisləşib və onlar aksiyanı dayandırıblar.

Oktyabrın 17-də onları Müsavat Partiyasından İdris Əmiraslanov, Oruc Novruzlu, AXCP-dən Gözəl Bayramlıİradə Əliyeva əvəzləyib.

Beləliklə, hazırda 8 müxalifət fəalı aclıq aksiyası keçirir.

İctimai Palatanın 2 aprel aksiyasından sonra 14 müxalifətçi müxtəlif müddətlərə azadlıqdan məhrum edilib.

Keçmişdə də müxalifətçilərin və jurnalistlərin oxşar aksiyaları olub. Lakin bir qayda olaraq rəsmi dairələr bu cür aksiyalara əhəmiyyət verməyiblər.
XS
SM
MD
LG