Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:27

Prezident olmaq istəyən milyarder


Gürcü milyarder Bidzina Ivanishvili
Gürcü milyarder Bidzina Ivanishvili
AzadlıqRadiosunda Ilia State Universitetinin professoru Ghia Nodianın gürcü milyarder Bidzina Ivanishvilinin siyasətə gəlməsini şərh edən məqaləsi yayımlanıb. Həmin məqaləni təqdim etməklə yanaşı onu da əlavə edirik ki, yazıdakı fikirlər müəllifə aiddir və AzadlıqRadiosunun baxışlarını əks etdirmir:
GÜRCÜSTANLI MİLYARDER GÜRCÜSTAN DEMOKRATİYASINA FAYDA VERƏCƏKMİ?
Nəhayət, Gürcüstanda bizim real sensasiyamız var.
Gürcüstanının ən varlı adamı, milyarder Bidzina Ivanishvili elan edib ki, siyasətlə məşğul olacaq. O həmçinin oktyabrın 12-də keçiriləcək seçkilərin qanuni nəticəsi kimi hakimiyyətə gələcəyini də istisna etməyib.
Bidzina Ivanishvili “Forbes” jurnalının milyarderlər siyahısında 185-ci yeri tutub.
Bir tərəfdən, Ivanishvili müxalifətə ehtiyac duyulan pul dolu çanta gətirir. Müxalifət eyni zamanda mənəvi dəstəyin çatışmazlığından da əziyyət çəkir. Baş açılmayan, bəzən də irrasional hərəkətləri üzündən (məsələn, Levan Gachechiladze, Nino Burdzhandze) reytinqləri və nüfuzları düşüb, özü də görünür, birdəfəlik.
Ivanishvilinin reputasiyası onun xeyriyyəçi layihələrindədir. Onun tərkü-dünya, adamayovuşmaz imici var. Milyarder illər boyunca gördüyü yaxşı işlərdən özünü populyarlaşdırmaq üçün yaralanmayıb.
Onun başladığı iş siyasətçilərə son dərəcədə skeptik yanaşılan bir ölkədə diqqət çəkəndir.
“GÖYDƏN DÜŞMƏ ALMA”
İndi sual budur: Ivanishvilinin peyda olması Gürcüstana nə verəcək? Həm də Gürcüstan demokratiyası üçün xeyirli olacaqmı?
Bu sənin baxışlarından asılıdır.
Gürcüstan bayrağı
Gürcüstan bayrağı
Əgər sən fikirləşirsənsə ki, prezident Mikheil Saakashvili sərt idarəçi, iqtisadi və medianı monopoliyaya alıb, o despotdur, hansı yol olur-olsun, hakimiyyətdən getməlidir, onda Ivanishvilinin siyasi arenada peyda olması “göydən düşmə almadır”.
Müxalifət arasında xaos Saakashvilinin partiyası – Vahid Milli Hərəkatın əlində qələbədir. ABŞ-da yerləşən Milli Demokratik İnstitutunun keçirdiyi sorğuya əsasən, sentyabrda hakim partiyanın reytinqi 44 faiz olub, dörd populyar müxalifət partiyası isə üst-üstə 22 faiz seçicinin rəğbətini qazanıb.
Ivanishvilinin meydana çıxması (həm də onun imkanları) müxalifəti letargiya yuxusundan oyada və Gürcüstanın siyasi həyatına yeni intriqalar gətirə bildi. Onun sayəsində, hökumətin rəqibləri indi ümid edirlər ki, Saakashvili məğlub edilə bilər.
İndiki hakimiyyətə real alternativin olması yaxşı haldır və bu mənada Ivanishvilinin siyasətə gəlməsi təqdirəlayiqdir. Amma vacib olan təkcə yarışın olması deyil, həm də keyfiyyətdədir. Bu nöqteyi-nəzərdən Chorvila dağ kəndində yaşayan oliqarxın birinci addımı heç də ruhlandırıcı deyil.
ADİ MİLYARDERİN İDDİASI
Hələ ki, Ivanishvili adi milyarderdir, onun tərkü-dünyalığı - bu faktdır ki, o, faktiki, heç kəslə ünsiyyətdə olmur, - açıq-aydın qeyri-adi görünə bilər. O, olduğu kimidir. Özünü gələcək baş nazir kimi elan edəndən 10 gün sonra ictimaiyyət qarşısına çıxdı - daha doğrusu, xarici media qurumu "Reuters"ə müsahibə verdi. Onun qeyri-adiliyinin sərhəddi görünməyə başladı.
Gürcüstan prezidenti Mikheil Saakashvili
Gürcüstan prezidenti Mikheil Saakashvili
Ivanshvili öz mövqeyi barədə şəxsi diktəsi ilə yazılmış bəyanatla çıxış etməyə üstünlük verir. Bəyanatın qeyri-adi olması üçün ona xüsusi əl gəzdirir. Məsələn, o deyib ki, güclü müxalifət təsiri yaradan Maestro və Qafqaz telekanalları Saakashvili rejiminin gizli silahlarıdır. Təklif edib ki, bu kanalları ona satsınlar və əvəzində bazar dəyərindən üç qat artıq pul ödəməyə hazırdır. Bu təklifdən imtina isə bu kanalların Saakashvilinin qanadı altında olmasına əsas sübut kimi görünüb.
Ivanishvilinin birinci addımı bizə iki nəticə çıxarmağa imkan verir.
Yumşaq desək, o, qəribə adamdır və demokratiya barədə dumanlı təsəvvürü var. Bəlkə də uzun illər tərki-dünya olmasının səbəbi heç də təvazökarlıq deyil. Mümkündür ki, onun fövqəladə ambisiyaları alilik iddiası ilə həmsərhəddir. Onun hərəkətləri bir o qədər də demokratik liderin davranışı təsir bağışlamır, özünü daha çox yeni meydana çıxmış Məsih kimi aparır.
RUSİYANIN LAYİHƏSİMİ?
Bidzina Ivanishvili
Bidzina Ivanishvili
Təbiidir ki, qəfildən peyğəmbər Bidzinanın meydanı çıxmağının izahı şübhə doğurur. Olmaya bu, Rusiyanın siyasi layihəsinin hədiyyəsidir?
Bir tərəfdən, Ivanishvili Rusiyaya meyl göstərməkdə ittiham edilməsi mümkün olmayan iki siyasi partiyanı - Respublika və Bizim Gütrcüstan-Azad Demokratiyanı özünə tərəfdaş seçir, digər tərəfdən, Rusiya onun var-dövlətinin əsas məkanıdır. Onun dumanlı bəyanatında bəzi tendensiyaları sezmək olar. Məsələn, o, “NATO” sözünü hələ işlətməyib.
Əgər Gürcüstanda siyasi yarışın canlanması hakimiyyəti pul gücünə almaq istəyən bir tərki-dünya milyarderin şıltaqlığından asılıdırsa, deməli ölkə demokratik keyfiyyət dəyişikliyindən də uzaqdır.
Bəli, siyasi həyat daha canlı və əyləncəli ola bilib, amma bunlar tamamilə ayrı-ayrı şeylərdir.
XS
SM
MD
LG