Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 04:53

Ermənistan hərbi büdcəsini artırır


Ermənistan paytaxtında hərbi parad. 21 sentyabr 2011
Ermənistan paytaxtında hərbi parad. 21 sentyabr 2011
Bu barədə «Eurasia View» yazıb. AzadlıqRadiosu məqaləni oxuculara təqdim edir:

Dövlət sirrinin zəruriliyi harada bitir və hökumətin şəffaflığına ictimai maraq haradan başlanır? Ermənistanın hərbi büdcəsinin 5,6 faiz artırılması barədə xəbərin yayıldığı bir vaxtda vətəndaş cəmiyyəti fəallarını ən çox narahat edən məhz bu sualdır.

Noyabrın 1-də Ermənistan parlamenti 2012-ci ilin büdcəsi üzrə hərbi xərclərini 150 milyard dram (təxminən 400 milyon dollar) artırıb. Bu, Ermənistan üçün rekord göstəricidir. Lakin bu qədər vəsaitdən nə qədərinin dəqiq və səmərəli istifadə olunacağı ictimaiyyətdən gizli qalacaq.

Dağlıq Qarabağ münaqişəsinə görə Azərbaycanla kövrək atəşkəs rejimində olan Ermənistanın güclü ordu saxlamasının zəruriliyi çox az ermənidə şübhə oyadır. Neftlə zəngin Azərbaycanın hərbi büdcəsi 2012-ci il üçün 1,76 milyard dollar təşkil edir. Bu bir daha ermənilərin ölkənin məhdud maliyyə resurslarından maksimum səmərəli istifadə olunması ilə bağlı narahatlığını artırır.

«BÜDCƏMİZİ NECƏ XƏRCLƏYİRLƏR?»

Əsgərlərin hüquqlarını müdafiə edən «Əsgər və Hüquq» adlı qeyri-hökumət təşkilatının nümayəndəsi Emma Hunanian sual edir: «rəsmilər bizim bu kiçik büdcəmizi necə xərcləyirlər? Bu suala biz heç də həmişə cavab ala bilmirik».

Müdafiə naziri Seyran Ohanian parlamentdə deyib ki, ayrılan əlavə vəsait peşəkar hərbçilərin sayını artırılmasına və yeni silah-sursat alınmasına xərclənəcək.

Seyran Ohanian əsgərlərlə görüş zamanı
Seyran Ohanian əsgərlərlə görüş zamanı
Ermənistanın dövlət büdcəsinin təyinatı üzrə xərclənməsinə nəzarət edən Nəzarət Palatası ayrı-ayı dövlət orqanlarının maliyyə pozuntuları haqqında vaxtaşırı kəskin açıqlamalar verir. Lakin indiyə qədər bir dəfə də olsun Müdafiə Nazirliyinin həmin xərcləri barədə məlumat yaymayıb.

2010-cu ildə nazirlikdə aparılmış audit yoxlamaların nəticələri məxfi sayıldığından yayılmayıb.

Vətəndaş cəmiyyəti qruplarının Müdafiə Nazirliyinin xərcləri ilə bağlı suallarına cavab almaq cəhdləri böyük maneələrlə üzləşir. Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts deyir ki, «biz hərbi büdcədən ərzaq, dəftərxana ləvazimatları və məişət avadanlıqlarının alınması üçün xərclənən vəsait barədə məlumatlar əldə etmək istəyirdik. Hətta məhkəmənin qərarına baxmayaraq məlumat ala bilmədik».

YALANÇI VƏTƏNPƏRVƏRLİK RUHUNDA ÇIXIŞ?

Müdafiə Nazirliyinin sözçüsü David Karaperian deyir ki, «nazirliyin büdcəsi və onun necə xərclənməsi haqqında məlumatların məxfi olması təbiidir».

Varuzhan Hoktanyan mətbuat konfransı zamanı
Varuzhan Hoktanyan mətbuat konfransı zamanı
Ancaq qeyri hökumət təşkilatı olan Antikorrupsiya Təşkilatının rəhbəri Varuzhan Hoktanian »Müdafiə Nazirliyinə etimad göstərilməlidir» fikrini gülünc adlandırır. «Nazirlikdə hər hansı korrupsiyanın olmadığına inanmağımız üçün etimad yaradacaq addım atılmır».

O, adı açıqlamayan ekspertin məlumatına istinad edərək deyir ki, nazirlik hərbi avadanlığın qiymətini real qiymətindən 5 dəfə artıq göstərir. Onun dediyinə görə, «yalançı vətənpərvərlik ruhunda çıxış edərək Müdafiə Nazirliyini təmizə çıxarmaq hərbi gücümüzün inkişafı üçün mənfi nəticə verə bilər».

Bu il 23 əsgərin qeyri-döyüş şəraitində ölməsi orduya ictimai inamın azalmasına, prezident Serzh Sargsyanın və müdafiə naziri Seyran Ohanyana qarşı yönəlmiş istefa çağırışlarını artmasına gətirib çıxarıb.

Sayta hazırladı: Kəbiran Dilavərli
XS
SM
MD
LG