Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 20:27

Azərbaycanlı və ermənilərin yaxınlaşmağa çox şeyi var


Tomas de Vaal
Tomas de Vaal
Beynəlxalq Sülh uğrunda Karneqi Fondunun Qafqaz üzrə araşdırmaçısı Tomas de Vaal (Thomas de Waal) son dövlərdə azərbaycanlı və erməni icmaları arasında Vaşinqtonda keçirilən görüşlərdə iştirak edib. De Vaal münaqişənin həlli üçün xalq diplomatiyasının vacibliyinə inanalardandır. AzadlıqRadiosuna müsahibəısində də son dövrlər bu sahədə səslənən çağıraşlardan və xalq diplomatiyasının real faydasından danışır.
- Son vaxtlar Azərbaycan və ermənistan cəmiyyətlərin yaxınlaşması, xalq diplomatiyası cəhdlərini nartırılması üçün çağırışlar səslənir, bir sıra görüşlər keçirilir. Ancaq prezidentlərin son görüşündə danışıqlar dalana dirəndiyi, razılaşmanın həlli üçün siyasi iradənin olmadığı bir vaxtda xalq diplomatiyası necə xeyir verə bilər?

Məncə xalq diplomatiyası üçün pis vaxt yoxdur. İstənilən sülh prosesi sadəcə iki prezidentin imzasından ibarət deyil. Cəmiyyətlər də bu razılaşmanı dəstəkləməlidir. Odur ki, cəmiyyətin də sülhdə maraqlı olmasına nail olmalısınız, əks halda sülh davamlı olmaz, saziş də işləməyəcək.

Bu doğrudur ki, yüksək səviyyədə, prezidentlərin Kazan görüşündən sonra danışıqlar dalana dirənib, irəliləmə yoxdur. Məncə məhz buna görə başqa səviyyədə nələrin edilə biləcəyini görmək üçün xalq diplomatiyasına müraciət olunur. Iki tərəf harasında hansı sahələrdə etimad yaratmaq olarmı sualına cavab aranır və istər Vaşinqtondakı Azərbaycan və Erməni icmalarının görüşü, istərsə də dini liderlərin qarşılıqlı səfərləri bu cür yeni ideyalar tapılmasına yönəlib.
- Bir məsələ var ki, adətən dövlət başçıları və ya siyasi liderlər xalq diplomatiyasına çağırışlar edirlər. Vətəndaş cəmiyyətinin nümayəndələri isə, kiçik qrupları çıxmaq şərtilə adətən buna qarşı çıxırlar və ya bu çşağırışlar ciddi müqavimətlə üzləşir. Sizcə bu müqavimətin səbəbi nədir?

Məncə hər iki ölkədə cəmiyyətlər bu gün də 2011-ci ildə yox, hələ də 1988-ci ildə yaşayırlar. Onlar üçün ya Azərbaycanın, ya Ermənistanın tərəfində olmaq var, onlar hər şeyə hələ ağ ya qara rəngdə baxırlar. Odur ki, qarşı tərəflə danışmaq istəyən kəsi ya satqınlıqda, ya da ən yaxşı halda vətənpərvər olmamaqda ittiham edirlər. Təssüf ki, zaman-zaman siyasi rəhbərlik və media da bu cür münasibəti təşviq edir.

Amma hər iki cəmiyyətdə elə qruplar ki, gələcəyə baxmaq üçün qarşı tərəfi anlamağın, danışıqlar aparmağın yeganə yol olduğunu anlayır. Və bununla nəyinsə dəyişəcəyinə inanırlar. Bunlar bəzən internetdə və ya facebookda gənclərdir, bəzən isə ermənilərlə azərbaycanlıların Sovet dövründə birgə bəzi şeyləri bölüşdüklərini anlayan yaşlılardır. Bəziləri biznesmenlərdir, hansı ki, birgə ticarət əlaqələrinin qurulmasını istəyir, bəzilər isə dindarlardır. Yəni, hər iki tərəfdə dialoqun vacibliyini anlayan qruplar var. Amma yenə də bu çox mətin prosesdir.
- Dialoqun vacibliyindən söz açdız. Amma konkret təcrübədə bu dialoqda nədən danışılmalıdır ki, tərəfləri əksinə daha da gərilməsin, və ya başqa mübahisə mövzusu çıxmasın. Çünki, azərbaycanlılar və ermənilərin mübahisəsi təkcə torpaq mübahisəsi deyil, hətta musiqidən, yeməklərdən və başqa məsələrdən danışanda da mübahisə çıxır. Yəni tərəflərin danışıb-yaxınlaşacağı ortaq dəyərlər hansılardır?

1988-ci ildən tərəfləri ayıran əsas məsələ Dağlıq Qarabağın statusudur. Bu əsas məsələdir. Amma məncə tarix, musiqi, mədəniyyətlə bağlı məsələlərdə danışmaq olar. Çünki kənardan baxan üçün hansısa mahnının azərbaycan, ya erməni musiqisi olması kimi milətçi mübahisələrin əhəmiyyəti yoxdur. Çünki neytral adam anlaylır ki, hər iki millət hansısa musiqini paylaşa bilər. Eyni zamanda tarixdən danışanda da, aydındır ki, bu xalqlar burada yüzillərdir ki, yaşayırlar. Odur ki, kiminsə deməsi ki, hansısa xalq bura təzə gəlib, o da gülməlidir. Odur ki, bu məsələlərdə danışmaq mümkündür, ağıllı adamlar bu məsələrdə ortaq dil tapa bilərlər, millətçi görüşləri arxa plana ata bilərlər. Amma siyasi məsədən, məsələn Minsk Qrupunun məşğul olduğu Qarabağın statusu məsələsindən danışmaq mümkünsüzdür. Ona görə də, hər şeydən danışmaq olar, bundan başqa.
- Bəs pul və iqtisadi mənfəət gətirəcək layihələr necə. Avropa Birliyi, ya ATƏT-in tərəfləri maddi maraqlandıracaq, yaxınlaşdıracaq ortaq layihələr həyata keçirməsi də xalq diplomatiyası üçün faydalı olmazmı?

Məncə iqtisadi mənfəət əldə etmək, ticarət qurmaq üçün böyük potensial var. Amma realist olmalıyıq. Heç bir hökumət daha çox pul qazanmaq məqsədi ilə belə bu məsələdə hansısa güzəştə getməz. Yoxsa Ermənistan və Türkiyə çoxdan sərhədləri açardılar. Məncə, əgər münaqişə olmasa bu regionun əldə edəcəyi imkanları tez-tez liderlərin yadına salmaq lazımdır, ancaq, təəssüf ki, bu regionun da problemi ondadır ki, burada siyasət hər zaman daha əvvəl gəlir.
- Uzun müddətdir ki, Qafqazdakı münaqişələri araşdıran bir ekspert kimi, siz nədən danışardınız? Sizin təklifləriniz nədir?

Məncə, sülh prosesinin işləməsi üçün ictimaiyyət nümayəndələri arasında bir-iki görüş yox, 10-20 görüş keçirilməlidir. İnsanlar bir-birinə alışsın, qarşı tərəfdəkinin də öz görüşü olan insan olduğunu qəbul eləsin deyə.

Odur ki, müxtəlif qruplar arasında kontaktlar olmalıdır, cəbhə xəttinin hər iki tərəfindəki icmalar arasında kontaktlar olmalıdır, məsələn, su mənbələrin paylaşılması yaxşı olardı. Jurnalistlərin qarşılıqlı səfərləri, gedib həmin ölkələrdən məlumatlar hazırlaması yaxşı olardı. Və bir də 1989-cu ildə Azərbaycan-Ermənistan sərhədində qarşılıqlı olaraq yaşadıqları kəndləri dəyişənlərin təcrübəsini bölüşmək maraqlı olardı, onlar hələ də bir-birlərinin bağlarının, qəbiristanlıqların qayğısına qalırlar. Bu cür adamların öz yaxınlarının qəbirlərini ziyarət etməsinə imkan yaratmaq maraqlı olardı və s.
XS
SM
MD
LG