Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:58

Salman Rushdie ilə Facebook arasında mübahisə bitdi


Tanınmış Britaniya yazıçısı Salman Rushdie ilə Facebook sosial şəbəkəsi arasında mübahisə bitdi.

Yazıçı Facebook-dakı hesabının “Salman Rushdie” adlanmasına nail oldu.

“Facebook təslim oldu! Mən yenidən Salman Rushdie-yəm. İndi özümü XEYLİ DƏRƏCƏDƏ yaxşı hiss edirəm. Bu yaşda şəxsiyyəti təsdiq etmək böhranı yaşamaq asan deyil” – deyə 64 yaşlı yazıçı Twitter-də yazıb.

Rushdie ilə Facebook arasında mübahisə ondan başlamışdı ki, sosial şəbəkə qəfildən onun hesabını bağlamış və bunu “saxta profillərlə mübarizə” ilə əsaslandırmışdı.

Yazıçı hesabının həqiqətən də özünə məxsus olduğunu sübut etmək üçün Facebook-a pasport şəklini göndərmişdi.

Amma hesabın bərpasında başqa bir problem yaranmışdı.

“Pasport şəklimi göndərəndən sonra onlar mənim mən olduğuma inandılar. Amma israr etdilər ki, Əhməd adından istifadə edim. O ad pasportda “Salman”dan əvvəl gəlir, amma mən heç zaman ondan istifadə etməmişəm. İndi onlar mənim səhifəmi bərpa ediblər. Amma “Ahmad Rushdie”kimi. Baxmayaraq ki hamı məni “Salman Rüşdi” kimi tanıyır. Sərsəmlər” – deyə Rushdie Twitterdə yazmışdı.

Amma iki saatdan sonra Facebook yazıçıdan üzr istəyərək onun hesabındakı adı “Salman Rushdiei” eləyib.

Salman Rushdie bir müddət qabaq Twitter-də “şəxsiyyət problemi” yaşamışdı.
XS
SM
MD
LG