Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 23:31

Hitlerin kitabxanasından qorxunc kitab hərracda


Hitlerə (sağda) ad günündə rəsm hədiyyə edilir. 1939
Hitlerə (sağda) ad günündə rəsm hədiyyə edilir. 1939
Nasist lideri Adolf Hitlerin şəxsi kitabxanasından olan kitab New Yorkda "Kestenbaum & Co." hərracına çıxarırılır.

Bu, alman dilçisi Heinz Kloss-un Amerikada yaşayan yəhudilərlə bağlı hazırladığı 137 səhifəlik hesabatıdır.

Oxuzalı.az New York Times qəzetinə istinadla xəbər verir ki, kitabda Amerikadakı yəhudilərin şəhərbəşəhər sayı, onların toplu halında məskunlaşdığı rayonlar, eləcə də yüzlərlə yəhudi təşkilatı haqda məlumatlar yer alıb.

Hesabatda ən böyük yəhudi təşkilatlarının liderlərinin ünvanları da göstərilib.

Hitlerin Avropada soyqırımı törədərək 5 milyon yəhudini qırdığı nəzərə alınsa, sözügedən hesabatın nasist liderinə nə üçün lazım olduğu barədə qorxunc ehtimallar yürütmək olar.

“Statistik, Presse und Organisationen des Judentums in den Vereinigten Staaten und Kanada” (ABŞ və Kanadadakı yəhudilərin statistikası, media orqanları və təşkilatları) adlanan kitab 1944-cü ilə aiddir. Azlıqlar üzrə mütəxəssis olan Kloss hesabatı 1930-cu illərdə Amerikaya səfəri zamanı topladığı məlumatlara əsasən yazıb.

Ucuz kağızda çap edilmiş hesabatın səhifələri yaxşı vəziyyətdə deyil.

Kitabın kimə məxsusluğu da cildi üzərində qeyd edilib: “Ex Libris Adolf Hitler.”

Bu kitab Amerika əsgərlərinin 1945-ci ildə nasist liderinin Alp dağlarındakı istirahət evində ələ keçirdiyi kitabxanadandır.

O vaxtdan bəri kitablar Amerika boyu müxtəlif şəxslərin evində "sığınacaq tapıb". Zaman -zaman həmin kitablar hərraclara yol tapır.

Hərraclarda Hitlerin kitabxanasından olan kitablar adətən bir neçə yüz dollara satılır, amma bu dəfə hərraca çıxarılan kitabın tarixi sənəd kimi də əhəmiyyəti ola biləcəyindən onun 3-5 min dollar arası qiymətə satıla biləcəyi ehtimal edilir.
XS
SM
MD
LG