Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:05

Tranströmerdən Nobel nitqi əvəzinə şeir


Tomas Transtroemer
Tomas Transtroemer
Ədəbiyyat üzrə Nobel mükafatı ötən həftənin sonu Stokholmdakı Concert Hall-da öz sahibinə - məşhur İsveç şairinə Tomas Tranströmerə təqdim edildi.

80 yaşlı şairin bir tərəfi iflic olduğu və demək olar ki danışa bilmədiyi üçün Nobel ona ənəni qaydada təqdim edilməyib.

O, mərasimə əlil arabasında qatılıb.

Tranströmer başqa namizədlər kimi Nobel nitqi də söyləməyib.

Bunu onun əvəzində həyat yoldaşı Monika edib və ərinin şeirini söyləyib.

Sözlə gələnlərin -
dil ilə yox, sözlə gələnlərin
hamısından
boğaza yığılıb
üz tutdum
qara bürünmüş bir adaya
Təbiət söz nədir bilməz
Yazılmamış səhifələr dörd bir tərəfə yayılmış!
Gəzib-gəzib
Qar üstündə cüyür izlərinin üstünə çıxdım.
Bax bu dildi – söz yox.


“Tranströmer dünya ədəbiyyatına təsir etmiş çox az sayda İsveç yazarlarındandır” – deyə professor Kjell Espmark Nobel mükafatçısı haqqında nitqində bildirib.

Mərasimdə şairin şeirləri də oxunub.

oxuzalı.az
XS
SM
MD
LG