Dekabrın 21-də Çex Respublikasının keçmiş prezidenti, və dissident yazıçı Vaclav Havelin cənazəsi dövlət başçısının iqamətgahının da yerləşdiyi Kral Sarayına aparılıb. Cənazəni yol boyun minlərlə adam müşayiət edib. Burada dekabrın 23-ə qədər Havellə vida mərasimləri davam edəcək.