Dünya ədəbiyyatının incilərindən olan "Robinzon Kruzo" romanının müəllifi, məşhur ingilis yazıçısı Daniel Defonun daha bir əsəri ilk dəfə Azərbaycan dilində!
Daniel Defo
TAUN İLİNİN GÜNDƏLİYİ
əvvəli
Amma növbəti həftə yenidən ümidləndik: ölü sayı yenə azalmışdı. Statikstikaya görə, ölənlərin sayı cəmi 388 nəfər idi və bunların arasında bir nəfər də olsun taun qurbanı yox idi, yalnız dörd nəfər səpmə yatalaqdan ölmüşdü.
Amma sonrakı həftə xəstəlik yenidən qayıtdı. Üstəlik də bu dəfə iki-üç başqa prixoda da yayılmışdı: Sent-Endryus (Holborn) və Sent-Klementə. Bəla Siti sakinlərindən də yan keçmədi - 1 nəfər də qala divarları arasında - Sent-Meri-Vulçers prixodunda, Berbinder-Leyndə, Stoks Marketin yanında öldü.
O zaman mənim böyük qardaşım da Londonda yaşayırdı, Portuqaliyadan bir neçə il idi qayıtmışdı. Ona da gənəşdim. Qardaşımın mənə cavabı tamam başqa bir vəziyyətdə verdiyi məsləhət kimi üç sözdən ibarət oldu: "Canını xilas et!"
Ümumilikdə taun 9, səpmə yatalaqsa 6 nəfərin həyatına son qoydu.
Təhqiqat nəticəsində məlum oldu ki, sən demə Berbinder-Leyndə ölən fransız Lonq-Eykrdə taundan ölmüş fransızların qonşusu imiş. O, Berbinder-Leynə xəstəlikdən canını qurtarmaq üçün köçübmüş. Amma özü də bilmədən mərəz artıq onun canında yuva salıbmış.
Mayın əvvəliydi. Hava mülayimləşmişdi, sərin və dəyişkəniydi. İnsanlarda xəstəliyin çəkilib gedəcəyinə hələ də ümidlər qalırdı. Onları ümidləndirən Sitidəki ab-havanın ümumilikdə sağlam sayıla biləcəyi idi. 97 prixodda taundan cəmi 54 nəfər ölmüşdü. Biz xəstəliyin əsasən şəhərin kənarlarında yaşayanlar arasında yayıldığına, şəhərin içərilərinə doğru yayılmayacağına inanmağa başlamışdıq. Üstəlik də növbəti həftə, yəni 9-16 may arası xəstəlikdən cəmi üç nəfər öldü, onların da heç biri Siti və onun həndəvərində yaşayanlardan deyildi. Sent-Endryusda cəmi 14 ölü basdırmışdılar. Bu da aşağı göstərici idi. Hərçənd Sent-Caylsda ölənlərin sayı 32 nəfər idi. Amma onlardan da yalnız biri taun qurbanı olduğu üçün camaat yenidən rahat nəfəs aldı.
Əvvəlki həftələrə- 347 və 343 nəfərin öldüyü əvvəlki iki həftəyə baxanda ölüm statistikası elə də yüksək deyildi. Amma bu ümidin ömrü bir neçə gün oldu. Çünki daha insanların bir-birinə etibarı qalmamışdı. Onlar evləri özləri gəzirdilər. Məlum oldu ki, xəstəlik əslində bütün istiqamətlərdə yayılmaqda davam edir və hər gün xeyli insanın həyatına son qoyur.
Artıq təhlükənin miqyasını kiçiltmək, nəyisə gizlətmək mümkün deyildi. Bizim təhlükənin ciddiliyini etiraf etmək istəməməyimizə rəğmən xəstəlik sürətlə yayılmaqda idi. Sən demə Sent-Caylsda taun artıq bir neçə küçəni bürüyübmüş və hətta xəstəliyə yoluxmuş bir neçə ailə bir evə yığışıbmış. Növbəti həftənin statistikasında bunlar da əksini tapdı. Məlumatda taundan 14 nəfərin öldüyü bildirilirdi. Amma bütün bunlar fırıldaq, gizli dilbirlik idi. Axı Sent-Caylsda dəfn edilənlərin sayı 40 idi və hamı da bilirdi ki, onların çoxu taundan ölüb. Halbuki ölümün səbəbi kimi başqa xəstəliklər göstərilirdi. Beləliklə, ölü sayının 32-i keçməməsinə, ümumi statistikanın 385 göstərilməsinə, bunlardan da yalnız 14-nün taundan, 14-nünsə səpmə yatalaqdan öldüyünün bildirilməsinə baxmayaraq, hamı əmin idi ki, həftə ərzində taun azı 50 nəfərin həyatına son qoyub.
Növbəti həftə - 23-30 may arası taundan 17 nəfərin öldüyü xəbər verildi. Amma Sent-Caylsda dəfn edilənlərin sayı 53 nəfər idi. Bu - çox dəhşətli bir rəqəm idi! Bunlar arasında yalnız 9 nəfərin taundan öldüyü xəbər verilirdi. Amma lord-merin xahişi ilə aşağı instansiya hakiminin başladığı ətraflı təhqiqat taunun əslində həmin prixodda daha 20 nəfərin həyatına son qoyduğunu üzə çıxardı. Halbuki onların ölümünün səbəbi kimi ya səpmə yatalaq, ya da başqa xəstəliklər göstərilmişdi. Üstəlik, qeydiyyata alınmayan ölüm halları da vardı.
Amma bütün bunlar sonra baş verənlərlə müqayisədə şükürlü idi. Havalar artıq isti keçirdi və iyunun əvvəlindən etibarən xəstəlik müdhiş bir sürətlə yayılmağa başladı. Statistik məlumatlardakı ölü sayı kəskin artmış, o cümlədən qızdırma. səpmə yatalaq və başqa xəstəliklərdən ölənlər də çoxalmışdı. Çünki xəstəsi olan ailələr xəstəliyin əsl səbəbini gizlətməyə çalışır, qonşuların onlarla ünsiyyəti kəsəcəyindən, hökumət adamlarınınsa onların qapılarını surğuclayacağından qorxurdular. Hökumət isə xəbərdarlıq etsə də, hamının çox qorxduğu bu tədbirə hələ ki əl atmırdı.
İyunun ikinci həftəsi Sent-Cayls prixodu xəstəliyin əsas ocağı olaraq qalırdı. Ölənlərin sayı 120 nəfər olsa da və bunların yalnız 68-nin taun qurbanı olduğu bildirilsə də, camaatın dediyinə görə, taundan ölənlərin sayı əslində 100-dən az deyildi. Onlar,
yuxarıda qeyd edildiyi kimi, həmin prixodda dəfnlərin adi vaxtlardakı sayına istinadla apardıqları hesablamalardan belə nəticə çıxarırdılar.
Həmin həftəyəcən Sitidə sakitlik idi. Yuxarıda haqqında danışılan fransızdan başqa 97 prixodun heç birində taundan ölən olmamışdı. Amma vəziyyət qəfil dəyişdi və şəhər divarları arasında da dörd nəfər öldü: bir nəfər Vud-stritdə, bir nəfər Fençerç-stritdə, iki nəfər də Krukt-Leyndə. Amma məsələn, Sautuerkdə sakitçilikdi, hələ ki çayın o biri sahilində tauna yoluxan olmamışdı.
Mən Oldgeytdə yaşayırdım - Oldgeyt-Çörçlə Uaytçəpl-Bars arasındakı yolun ortalarında, küçənin sol tərəfində, yəni şimal hissəsində. Xəstəlik şəhərin bu hissəsinə hələ gəlib çıxmadığı üçün insanlar sakit həyat tərzlərinə davam edirdilər. Amma şəhərin o biri başında böyük təlaş vardı, zəngin insanlar, xüsusən şəhərin qərbində yaşayan zadəganlar öz ailələri və qulluqçuları ilə birlikdə Londonu tərk etməyə başlamışdılar. Ən çox da mənim yaşadığım Brodstritin yaxınlığında - Uaytçəpldə. Hara baxsaydın, ən müxtəlif əşyalar, qadınlar, xidmətçilər, uşaqlar və s. ilə dolu arabalar, qoşqular görərdin. Yuxarı zümrədən olanlarsa karetalara doluşmuşdular. Onları atlılar müşayiət edirdi. Hamısı tələsik şəhəri tərk edirdi. Bir müddət sonra boş qoşqular, arabalar, atlar və xidmətçilər yenidən peyda olur, şəhəri tərk eməyə qərar verənlərin qalan hissəsini daşıyırdı. At belində səfərə çıxan kişilər daha çoxdu. Bəziləri yola tək, bəzilərisə xidmətçiləriylə birlikdə çıxırdılar. Qıraqdan baxanlara aydın idi ki, onların demək olar ki, hamısının yükü uzaq yola çıxdıqlarına dəlalət edir.
Qorxunc və hüznlü mənzərə idi. Səhərdən axşamacan pəncərəmdən bu mənzərəni izləməyə məcbur qaldığım üçün (doğrusu, baxmağa ayrı şey də yox idi) şəhəri və şəhərdə qalanları gözləyən bəlalar haqda ağlıma qarmaqarışıq fikirlər gəlməyə başladı.
Bu qaçhaqaç bir neçə həftə davam etdi. O zaman lord-merin qəbuluna düşmək çox çətin idi. Onun qapısının ağzı buraxılış vəsiqəsi və xaricə getmək üçün sağlamlıq şəhadətnaməsi almaq istəyənlərlə dolu idi. Bunlarsız yol üstündəki şəhərlərdən keçmək, ordakı mehmanxanalarda qalmaq mümkün deyildi. Həmin müddətdə Sitidə taundan ölən olmadığı üçün lord-mer sorğu-sualsız 97 prixodda və qalanın həndəvərində yaşayanlara bir ucdan sağlamlıq şəhadətnaməsi paylayırdı.
Bu qaçhaqaç, dediyim kimi, bir neçə həftə çəkdi, daha dəqiqi may və iyun ayları boyu davam etdi. Şayiələr də bir tərəfdən vəziyyəti gərginləşdirirdi. Guya hökumət səfərə çıxanlara əngəl törətmək üçün yollarda postlar qoyacaq, maneələr quraşdıracaq, yol üstündəki şəhərlər isə xəstəliyin qorxusundan qapılarını Londondan gələnlərin üzünə bağlayacaq. Halbuki o dövrdə bu şayilərin heç bir əsası yoxdu.
Artıq düşdüyüm vəziyyət haqda ciddi düşünürdüm: Londonda qalım, yoxsa qapımı qıfıllayaraq bir çox qonşularım kimi mən də qaçıb canımı qurtarım? Bu məsələdə ona görə belə təfərrüata varıram ki, sonrakı nəsillərin mənim başıma gələnlərdən nəticə çıxarmasını, belə fəlakətlə üz-üzə gələn zaman necə hərəkət etməyin lazım olduğunu bilməsini istəyirəm. Yoxsa ki mənim öz hekayətimin onlar üçün bir quruşluq dəyəri olmadığını yaxşı bilirəm.
Mənim qarşımda həlli vacib olan iki məsələ dururdu. Həm ticarətə davam etməliydim, bu isə balaca iş deyildi, bütün varımı-yoxumu bu işə qoymuşdum. Həm də, mənim qənaətimə görə, bütün şəhəri çənginə alacaq dəhşətli fəlakət vaxtı öz həyatımı xilas etmək
haqda düşünməliydim. Mənim və qonşularımın təşvişi nə qədər dərin olsa da, fəlakət bizim təsəvvür edəcəyimizdən də dəhşətli ola bilərdi.
Birinci məsələ mənim üçün çox mühüm idi. Mən sərraclıq-yəhər məmulatlarının alverini edirdim. Bu, dükanda alver etməkdən, yaxud oturub mala müştəri çıxacağını gözləməkdən daha çox Amerikadakı ingilis müstəmləkələrinə mal vuranlarla işbirliyi idi. Mənim gəlirim xeyli dərəcədə həmin tacirlərdən asılı idi. Düzdür, subay idim, amma ticarət işində mənə kömək edən xidmətçilərim vardı. Üstəlik də evim, dükanım və malla dolu anbarlarım... Şəhərdən getməyim bütün bunları nəzarətsiz qoymaq demək olardı. Etibar edəcəyim elə bir adam da yoxdu. Bu isə təkcə ticarətin dayanması ilə deyil, həm də malların əldən getməsi, var-yoxdan çıxmağım ilə nəticələnə bilərdi.
O zaman mənim böyük qardaşım da Londonda yaşayırdı, Portuqaliyadan bir neçə il idi qayıtmışdı. Ona da gənəşdim. Qardaşımın mənə cavabı tamam başqa bir vəziyyətdə verdiyi məsləhət kimi üç sözdən ibarət oldu: "Canını xilas et!" Kəsəsi, o, şəhəri tərk etməyimi istəyirdi. Necə ki özü ailəsi birgə şəhərdən çıxmağa hazırlaşırdı. Mənə dedi ki, xaricdə olanda belə bir məsəl eşidib: taundan qorunmağın ən yaxşı yolu - ondan qaçmaqdır. Mən deyəndə ki, onda gərək ticarəti dayandırım, özüm də borca düşüm, o, arqumentlərimin tamamilə əsassız olduğunu söylədi - xüsusən də Allaha təvəkkül məsələsində: "Məgər mallarını təhlükədə qoyaraq Allaha təvəkkül etmək həyatını riskə ataraq ümidini Allaha bağlamaqdan daha ağlabatan deyilmi?"
Getməyə yerim olmadığını da əsas gətirə bilməzdim. Ailəmiz əslən Northemptonşirdəndi və orada dostlarım da vardı, qohumlarım da. Ən əsası da bacım Linkolnşirdə yaşayırdı və mənim onlara qonaq gəlməyimi çox istəyirdi.
Artıq arvadıyla iki uşağını Bedfordşirə yollamış qardaşım indi özü də ora getməyə hazırlaşırdı. Məni də şəhərdən çıxmağa razı salmaq çox dilə tutdu. Hətta bir ara buna razılamışdım da. Amma tərslikdən həmin vaxt at tapa bilmədim. Görünür, insanlardan fərqli olaraq şəhərdə at qalmamışdı. Bir neçə həftə boyu şəhərdə almaq, yaxud kirələməq üçün yabı da tapılmadı. Onda qərara gəldim ki, xidmətçilərimin də birini götürüb səfərə piyada çıxım. Bir çoxları kimi yolda mehmanxanalarda qalmayım, çöllərdə əsgər çadırında gecələyim. Onsuz da yaxşı hava vardı və soyuqdəymə qorxusu yoxdu. Ona görə "bir çoxları" deyirəm ki, doğrudan da çox adam, xüsusən də bir neçə il əvvəlki müharibədə iştirak edənlər belə edirdi. Amma şəhəri sonralar tərk edənlərin böyük hissəsi haqda bunu demək olmazdı. Əgər yola çıxanların əksəriyyəti çöldə gecələsəydi, xəstəliyi bu qədər şəhərə, kəndə daşıyıb viran qoymaz, bu qədər insanı ölümə məhkum etməzdilər.
Di gəl özümlə aparmağı düşündüyüm xidmətçi məni yaxşıca barmağına doladı. Günlərin bir günü məlum oldu ki. o, təhlükənin getdikcə artmasından qorxuya düşdüyü və şəhərdən nə vaxt çıxacağımı dəqiq bilmədiyi üçün başının çarəsini özü qılıb - məni tərk edib. Buna görə də şəhərdən çıxmaq məsələsini yenə təxirə salası oldum. Bu məyusluq və təxirədüşmələr sonra da davam elədi, hər dəfə ortaya gözləmədiyim bir məsələ çıxırdı. Ona görə belə təfərrüata varıram ki, birdən kimsə yubanmağımı yersiz hərəkət kimi yozar. Əslində İlahinin məsləhəti belə idi.
Bu hadisəni həm də ona görə xatırladım ki, belə vəziyyətə düşən insanlara ən yaxşı çıxış yolunun nə olduğunu tövsiyə edim. Xüsusən də əgər həmin insan öz vicdan borcunu anlayırsa və hər bir əməlində buna əsaslanırsa, mütləq həmin dövrdə ətrafındakı rəmz və işarələrə, onların həm bir-biriiylə, həm ümumilikdə onun üzləşdiyi dilemma ilə mümkün bağlılığına diqqət etməlidir. Bundan sonra məncə, o, əminliklə həmin rəmz və işarələrə - düşdüyü vəziyyətdə vicdan borcunun nədən ibarət olduğunu müəyyən edən İlahi buyruq kimi baxa bilər. Yəni məsələn, yaşadığı yerdə yoluxucu xəstəlik yayılıbsa, ordan köçməlidir, yoxsa qalmalı?
Bir səhər, yenə də bu haqda düşünərkən ağlıma aydın bir fikir gəldi: əgər həyatımızdakı bütün hadisələr yalnız Allahın iradəsi ilə baş verirsə, deməli, mənim tərəddüdlərimin də fövqəladə səbəbi var. Mən gərək papağımı qabağıma qoyub yaxşı-yaxşı fikirləşəm: bəlkə bu, İlahidən gələn bir buyruqdur, mənim heç yerə getməyib şəhərdə qalmağım üçün bir işarədir? Və anladım ki, əgər Allah doğrudan da mənim qalmağımı istəyirsə, onda məni ətrafımdakı müdhiş təhlükə və ölümlərdən qorumaq da onun iradəsinə bağlıdır. Əgər mən gizlənməyə, yaxud baş götürüb qaçmağa, canımı qurtarmağa cəhd etsəm, bununla da İlahidən gəldiyinə inandığım buyruqlara qarşı çıxsam, onda bu, Allahdan qaçıb gizlənmək anlamına gələcək və O, uyğun bildiyi vaxtda və yerdə məni cəzalandıracaq.
(ardı gələn bazar günü)
Tərcümə: R.Qəmbərov