Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 03:07

Azərbaycanda prezervativlərdən istifadə azalır


Arxiv foto
Arxiv foto

Azərbaycanda cinsi əlaqə zamanı prezervativdən istifadə edənlərin sayı azalır. Bu, Dövlət Statistika Komitəsinin məlumatıdır. Məlumata əsasən, azalma daha çox qadınlar arasında müşahidə olunur.

Belə ki, ölkədə qorunma vasitəsi kimi prezervativdən istifadə edən qadınların sayı 2009-cu ildə 33.2 min nəfər olduğu halda, 2010-cu ildə bu rəqəm 19,9 min nəfərə enib.

Rəsmi məlumata əsasən, son illər Azərbaycanda qadınlar digər qorunma vasitələrindən də az istifadə etməyə başlayıblar:

(Rəsmi statistika)
Kontrasepsiya vasitələrindən istifadə (cəmi, min nəfər) 2000 2005 2007 2008 2009 2010
Uşaqlıqdaxili spiralı olan qadınlar 30,9 29,5 24,6 28,6 22,7 19,7
Hormonal kontrasepsiyadan istifadə edən qadınlar 53,9 33,8 15,9 18,2 18,4 17,2
Baryer kontraseptivdən istifadə edən qadınlar (prezervativlər, diafraqmalar, uşaqlıq boynu kolpakları) ... ... 20,4 23,3 33,2 19,9
Kimyəvi kontrasepsiyadan istifadə edən qadınlar ... ... ... ... ... 3,2
Qadınların sterilizasiyası üzrə cərrahiyyə əməliyyatlarının sayı 255 239 157 137 142 217


BƏS DÜNYADA TENDENSİYA NECƏDİR?

Azərbaycandakı bu tendensiyanı Dünyanın inkişaf etmiş ölkələrindəki vəziyyətlə müqayisə etmək üçün Qərb mətbuatında yazılanlara müraciət etdik. Diqqətimizi cəlb edən əsas fakt bu oldu ki, bir sıra xarici ölkələrdə xüsusi prezervativlərdən istifadənin genişlənməsi üçün təbliğat aparılır.

The New York Times qəzeti yazır ki, ABŞ-da 1985-ci ildə aparılan sorğuya görə qadınların 55 faizi prezervativdən istifadə edirdi. 2010-cu ildə aparılmış sorğuda bu rəqəm 72 faiz olub.

QORUYUCU VASİTƏLƏRİN İSTİFADƏ DİNAMİKASI VƏ ABORTLARIN SAYI

Qoruyucu vasitələri təbliğ edənlərin əsas arqumenti odur ki, bunula zöhrəvi xəstəliklərin sayı azalır.

Bundan başqa, kontraseptivlərin abortların sayı ilə əlaqəsi də qeyd olnur.

Biz də bu göstəriciləri müqayisə etmək üçün Statistika Komitəsinin məlumütlarına baxdıq.

Son bir neçə ildə Azərbaycanda doğuşlar və abortlar haqqında məlumatlar belədir:
Doğuşlar və abortlar (min nəfər) 2000 2005 2007 2008 2009 2010
Doğuşların sayı (ölü doğulanlar da daxil olmaqla) 95,2 115,8 129,8 138,5 145,7 147,5
Abortların sayı 17,5 19,6 22,3 25,3 24,6 26,8

İÇV ARTIR, ZÖHRƏVİ XƏSTƏLİKLƏR AZALIR

Bəllidir ki, qoruyucu vasitələr təkcə arzuolunmaz hamiləliyə qarşı deyil, həm də daha çox cinsi yolla yoluxan xəstəliklərə qarşı istifadə edilir.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə ölkədə zöhrəvi xəstəliklərlə yoluxma səviyyəsi illər üzrə aşağıdakı kimi olub:
Əhalinin cins və yaş qrupları üzrə zöhrəvi xəstəliklərlə xəstələnməsi (cəmi, nəfər) 2007 2008 2009 2010
Qeydiyyatda olan sifilislə xəstələnənlərin sayı 838 581 728 770
Qeydiy­yatda olan süzənəklə xəstələnənlərin sayı 632 290 292 224
Qeydiy­yatda olan insanın immunçatışmazlığı virusu­nun (İİÇV) törətdiyi xəstəliklə xəstələrin sayı 1320 1744 2174 2621


Bunlar Dövlət Statistika Komitəsinin saytında yayılan rəsmi məlumatlardır. Əgər səndə başqa təsəvvür, bə ya fikirlər varsa, buyur, şərhlər bolməsinə göndər, müzakirələrə qoşul.
XS
SM
MD
LG