Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:13

Nazirliklərin dəftərxana xərcləri 10 milyon manatı keçir


-


Dəftərxana xərcləri: Xarici İşlər Nazirliyi 26 min, Təhsil Nazirliyi 3.2 milyon manat xərcləyib


Satınalmalar üzrə Dövlət Agentliyinin müxtəlif dövlət qurumlarının 2011-ci ildə elan etdikləri tenderlər haqqında məlumatının təqdimatını davam etdiririk. Bu dəfə hökumət qurumlarının 2011-ci ildə dəftərxana mallarının alınmasına dövlət büdcəsindən aldıqları pulların siyahısını təqdim edirik.

Təhsil Nazirliyi - 3 267 757 manat


Ali məktəblərin bir neçəsinin ötənilki dəftərxana xərcləri bu şəkildə olub:

Qrafikdən göründüyü kimi, Sumqayıt Dövlət Universiteti dəftərxana xərclərinə başqalarından bir neçə dəfə çox xərcləyib. Məsələn, Azərbaycan Dövlət Pedaqoji Universitetində təxminən 7 min tələbə təhsil alır, bu universitet dəftərxanaya 49678 manat xərcləyib. Amma tələbələrinin sayı bundan iki dəfə az olan – təxminən 3500 tələbənin təhsil aldığı Sumqayıt Dövlət Universiteti dövlət büdcəsindən dəftərxanaya 201 722 manat xərcləyib.

Səhiyyə Nazirliyi – 2 415 000 manat


Amma bir universitetdən daha çox dəftərxana ləvazimatları işlətmiş rayon xəstəxanası var. Bu, Göyçay rayon Mərkəzi Xəstəxanasıdır. Həmin xəstəxana 2011-ci ildə dəftərxanaya 269 873 manat xərcləyib.

Səhiyyə Nazirliyinin tabeliyində olan xəstəxana, idarə və institutlar 2011-ci ildə dəftərxana və təsərrüfat malları xərcləri aşağıdakı kimi olub:

  • Səhiyyə Nazirliyi - 36 440 manat, Pernital Mərkəz – 38 200 manat,
  • Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi - 120 000 manat,
  • Ucar rayon Mərkəzi Xəstəxanası – 97 472 manat,
  • Milli Onkologiya Mərkəzi – 48 753 manatlıq dəftərxana ləvazimatı alıb.

Mədəniyyət və Turizm Nazirliyi - 672 585 manat


  • Mədəniyyət və Turizm Nazirliyinin ayrı-ayrı idarələrində dəftərxana xərcləri belədir: Bərdə rayon şöbəsi – 140 000 manat,
  • Hacıqabul rayon şöbəsi – 28 683 manat,
  • Gədəbəy rayon şöbəsi – 49 000 manat,
  • Qubadlı rayon şöbəsi – 26 050
  • Sumqayıt şəhər şöbəsi – 45 853
  • M.F.Axundov adına kitabxana – 26 430 manat

Daxili İşlər Nazirliyi - 302 185 manat


  • Nazirliyin özü – 6 8411 manat,
  • Bakı Baş Polis İdarəsi – 34 999 manat,
  • Baş Mühafizə İdarəsi – 29 920 manat.

Satınalmalar üzrə Dövlət Agentliyinin saytında verilən tenderlərə dair məlumatda bütün nazirliklər üzrə dəftərxana xərcləri aşağıdakı kimidir:
XS
SM
MD
LG