-
Polis şöbələrinin qarşısında səhər tezdən növbə çəkmək yəqin ki, çoxunuza tanış mənzərədir: şəxsiyyət vəsiqəsini almaq üçün məhdud saatlarda şöbələrə müraciət olunmalıdır. Qeydiyyata alan bir-iki nəfər, müraciət edənsə onlarla...
«MÖHÜRÜ SKANERDƏN KEÇİRİB GÖNDƏRİRLƏR»
25 yaşlı İlkin Hüseynov da şəxsiyyətini təsdiq edən sənədi dəyişdirmək üçün Binəqədi Polis Şöbəsində eyni vəziyyətə şahid olduğunu deyir:
«Orda şəxsiyyət vəsiqəsi üçün ərizə verənlərin uzun-uzun növbəsini gördüm. Əgər elektron xidmət olarsa, bu xidməti göstərən operatorların sayı çox olsa, uzun növbələr yaranmaz. Bu, mümkündür. Qərb dövlətlərində yaşayan hansı tanışımdan soruşuram, deyir sənədi onlayn aldım, möhürü belə onlayn skanerdən keçirib göndərirlər».
280 ADDA ELEKTRON XİDMƏT
Azərbaycanda şəxsiyyət vəsiqəsini almaq üçün elektron müraciət imkanı əslində qanunvericiliyin tələbidir. 2011-ci ilin noyabrında Nazirlər Kabinetinin təsdiq etdiyi «Elektron xidmət növlərinin Siyahısı»nda bu və digər elektron xidmətlərin arasında bu da var.
Həmin siyahıda mərkəzi icra hakimiyyəti orqanları tərəfindən vətəndaşlara göstərilməli olan 280 adda xidmət sadalanır.
Siyahını incələdikdə bəlli olur ki, qeyd olunan 41 dövlət qurumu hələ ki, ya ümumiyyətlə elektron xidmət tətbiq etmir, ya da yarımçıq formada təklif edir. Məsələn, Daxili İşlər Nazirliyinin saytında göstərilir ki, vətəndaşlar şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini almaq üçün onlayn ərizə yollaya bilər. Burda daxili işlər orqanlarına işə qəbul, nəqliyyat vasitəsinin qeydiyyatı və sairəni əhatə edən 23 sahə üzrə elektron xidmət təklif edilir. Xidmətdən istifadə etməyə çalışdıqda istifadəçinin qarşısına elektron ərizə çıxır, amma yollamaq üçün lazımi sistem yoxdur.
DİN-DƏ ELEKTRON İMZANIN TƏTBİQİ ÜÇÜN İŞ GEDİR
Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə deyir ki, qurumda elektron imza işinin tətbiqi üçün hazırlıq gedir, bu hazırlıqdan sonra bütün elektron xidmətlər vətəndaşların istifadəsinə veriləcək:
«Bu, böyük bir sistemdir, mərhələli şəkildə həyata keçirilir. Hazırda Daxili İşlər Nazirliyinin saytında qeydiyyatdan keçməklə yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələr və cərimə ballarını öyrənmək mümkündür. Şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsilə bağlı hazır blanklar var saytda. Bu işin tam elektronlaşdırılması isə elektron imzanın tətbiqi genişləndirildikdən sonra başa çatacaq».
«BU, ELEKTRON XİDMƏT DEYİL»
Dövlət qurumlarının təklif etdiyi elektron xidmətlərə nəzər saldıqda əksər bəndlərin məlumatlandırma xarakteri daşıdığını görürsən. İnformasiya Texnologiyaları üzrə mütəxəssis İlqar Mirzə deyir ki, bu, elektron xidmət hesab olunmur:
«Ümumi məlumat vermək üçün nəzərdə tutulan bəndi elektron xidmət hesab etmək olmaz. Məsələn, lazım olan sənədlərin siyahısının verilməsilə əlaqədar xidmət. Bu, xidmət deyil, məlumatdır. Xidmət müəyyən qurumların, vətəndaşların işini asanlaşdırmaq, avtomatlaşdırmaq üçündür. Ümumiyyətlə, «Elektron Hökumət» proqramının gedişatı zamanı görürük ki, əhalinin məlumatlandırılması işi çox aşağı səviyyədədir. Məsələn, Dəmir Yolu İdarəsinin saytında bileti onlayn rezerv edirsən, amma ala bilmirsən. Almaq üçün mütləq kassaya yaxınlaşmalısan».
Yarımçıq xidmət göstərən saytlardan biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytıdır. Burda yalnız 2 elektron xidmət işləkdir: ünvanlı sosial yardım almaq üçün müraciət və ümumiyyətlə nazirliyə elektron məktub. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Asəf Əliyev deyir ki, hazırda 12 elektron xidmət təklif olunur:
DAHA ÇOX ÜNVANLI SOSİAL YARDIMLA BAĞLI MÜRACİƏTLƏR OLUR
«Xidmətlərin hamısı göstərilir. Amma hamısı ya tam işlək deyil, ya da tam keyfiyyətli deyil. Bunun üçün hələ iş gedir. Daha çox ünvanlı sosial yardımla bağlı elektron müraciətlər qəbul edirik. Kim ki internet istifadəçisidir, kim ki bacarır, heç bir yerə getmədən müraciət edir».
Nazirliyin sözçüsü deyir ki, ən qısa müddətdə nazirlik bütün elektron xidmətlərini təhvil verəcək.
Rabitə və İnformasiya texnologiyaları nazirliyindən İsfəndiyar Əliyev deyir ki, bütün elektron xidmətlərin hələ hazır olmaması normaldır:
«Dünya təcrübəsinə baxsanız, elektron hökumət layihəsinin müxtəlif mərhələləri var. Birinci xidmət informativ xidmətdir. Yəni vətəndaş şəxsiyyət vəsiqəsini almaq üçün hansı sənədləri toplamalıdır, hara verməlidir, hansı gün işləyir, bu barədə məlumat əldə edir. İkinci mərhələdə isə artıq həmin xidmət üçün tələb olunan sənədlər elektron formada qəbul olunur, baxılır».
Nazirlik rəsmisinin sözlərinə görə, elektron xidmətlərin vətəndaşların istifadəsinə verilməsi işi 2013-cü ilə qədər başa çatacaq.