Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 10:55

Elçin Behbudov 17 mart mitinqində tutulanlarla görüşüb


17 mart mitinqi
17 mart mitinqi
«17 mart mitinqində saxlanılan gənclərə qarşı xoşagəlməz hərəkətlər olub. Gənclərdən Natiq Kamilov huşu itirib».

Bunu AzadlıqRadiosuna İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov deyib.

Ötən bazar günü Səbail rayon polis idarəsinin müvəqqəti saxlanma təcridxanasında musiqiçilər Natiq Kamilov, Camal Əli və blogger Etibar Salmanlı ilə görüşən hüquq müdafiəçisi gənclərin özlərinin ona belə dediklərini bildirib:
«Mən onlarla görüşdüm. Hazırda saxlanıldıqları yerdə heç bir zorakılığa məruz qalmadıqlarını bildirdilər. Amma Natiq Kamilovla Camal Əli mitinqdə saxlanılarkən, eləcə də 8-ci bölmədə özlərinə qarşı xoşagəlməz rəftar olunduğunu deyirlər. Natiq Kamilov 8-ci bölməyə gətiriləndən sonra nə başverdiyini xatırlamadığını da bildirdi. Dediyinə görə huşunu itiribmiş. Təcili yardım gəlib, həkimlər ona kömək ediblər. Mən özüm də hiss elədim ki, o oğlan xəstədir. Etibar Salmanlı isə hansısa zorakılığa məruz qalması barədə heç nə demədi».

Martın 17-də Gənclərin Hüquqlarının Müdafiə Komitəsi mitinq təşkil etmişdi.

Mitinqdə «Bulistan» qrupu mahnı ifa etdiyi zaman mübahisə yaranıb. Qrupun üzvlərindən birinin ifasında söyüş səslənib. Aksiya təşkilatçıları buna etiraz ediblər. İfaçı söyüşü prezidentə ünvanlayıb. Mübahisəyə polis və mülki geyimli şəxslər müdaxilə edib.
Səbail rayon Məhkəməsinin qərarı ilə Camal Əli 10, Natiq Kamilov 6, «NİDA» Vətəndaş Cəmiyyətinin üzvü, bloqqer Etibar Salmanlı isə 5 sutka həbs cəzası alıb.
XS
SM
MD
LG