Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:32

Leonardo da Vinci'nin son Madonnası sərgiyə çıxarıldı


-
«Müqəddəs Anna»
«Müqəddəs Anna»
Leonardo da Vinci'nin son şedevri sayılan (1510) «Müqəddəs Anna» (The Virgin and Child with St. Anne ) Luvr Muzeyində sərgilənməyə başlayıb.

Xəbəri muzeyin saytı yayıb.

Əsər 2010-cu ildə bərpa olunmuşdu.

Ekspertlər bərpa işlərinin gərəkli araşdırmalar aparılmadan gerçəkləşdirildiyini iddia edirlər.

Bərpadan sonra bəzi ekspertlər tablonu bəyənməmişdi.

Ekspertlərin fikrincə, da Vinci'nin 500 yaşlı rəsminə parlaqlıq artıran bərpaçılar rəssamın niyyətini köklü dəyişikliyə uğradıblar.

Luvru həm də qeyri-dəqiqlikdə qınayan ekspertlər tablonun bərpadan sonra hədsiz parlaq göründüyünü iddia edirdilər.

Bərpa prosesində istifadə edilən güclü maddələrin bənzərsiz əsəri çox ağartdığını deyirdilər.

İş o yerə çatmışdı ki, iki sənət bilicisi -- Segolene Bergeon LangleJean-Pierre Cuzin nüfuzlu Luvr Bərpa Komitəsindən buna etiraz olaraq çıxmışdılar.

«Madonna və müqəddəs Anna ilə körpə» rəsminin bərpasına daha öncələr də cəhd göstərilib.

Son restavrasiya 17 il əvvəl aparılsa da, daha sonralar Luvr Muzeyi kimyəvi yayıcıların Leonardo'ya xas yumşaq fırçalamaya xələl gətirə biləcəyini əsas tutaraq bu işi yeniləməyə qərar vermişdi.

Dahi rəssamın «Müqəddəs Anna» tablosunun üzərində ölənə qədər—1519-cu ilədək işlədiyi bildirilir. Buna baxmayaraq, əsər yarımçıq qalıb.

Sərgidə bu tablonun yaradılmasını hazırıq mərhələsini təsdiqləyən sənədlər—eskizlər və s. də nümayiş olunur.

Yeri gəlmişkən, Luvrda «Müqəddəs Anna» ilə birlikdə Leonardo da Vinci'nin başqa bir əsəri də sərgilənir. «Mona Liza» əsərinin ilin başlanğıcında Madriddəki Prado Muzeyində aşkarlanan əkiz tayı da tamaşaçılara göstərilir.

Sərgi iyunun 25-dək davam edəcək.
XS
SM
MD
LG