Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 22:42

Azərbaycan ən çox senzura olan 16 dövlət sırasındadır


Foto: Arxiv
Foto: Arxiv
Jurnalistləri Müdafiə Komitəsi güclü senzura tətbiq olunan 10 ölkənin siyahısını açıqlayıb. Siyahının əvvəlində Eritreya, Şimali Koreya, Suriya və İran gəlir. Siyahıda Qvineya, Özbəkistan, Birma, Səudiyyə Ərəbistanı, Kuba və Belarusun da adı var.

Hesabatda bildirilir ki, xarici jurnalistlərin Eritreyaya gəlməsinə icazə verilmir. Yerli mətbuat isə hakimiyyətin nəzarəti altındadır. Bu ölkənin İnformasiya Nazirliyi mətbuatda gedən bütün yazılara nəzarət edir.

Şimali Koreyada isə bütün daxili məlumatları rəsmi dövlət agentliyi yayır.

2006-cı ildə Suriya siyahıda 9-cu olub. Builki siyahıda isə 3-cü yerdədir. İran 4-cü yerdədir. Hər iki ölkədə xarici jurnalistlərin fəaliyyətinə qadağa qoyulur.

Təşkilat bildirir ki, Qvineyada bütün mətbuat prezidentin nəzarətindədir. Özbəkistanda da mətbuat azad deyil. Bu ölkədə senzura güclüdür. Birmada isə islahatlar baş versə də, bu, mətbuatdakı senzuraya təsir etməyib.

Səudiyyə Ərəbistanında söz azadlığına güclü məhdudiyyətlər var. Kubada isə Kommunist Partiyası bütün kütləvi informasiya vasitələrinə nəzarət edir.
Foto: Arxiv
Foto: Arxiv

Belarusda Lukaşenko hakimiyyətinin repressiyaları sonuncu müstəqil mətbuatı gizli fəaliyyət göstərməyə məcbur edir.

Təşkilat bildirir ki, bu ölkələrdə diktatura nəzarəti var.

MƏHKƏMƏLƏR MEDİADA SENZURA MÜHİTİ YARADIR

Jurnalistləri Müdafiə Komitəsi bu ölkələrlə yanaşı, senzuranın olduğu daha 6 ölkəni də nəzərdən keçirib. Bunlar Azərbaycan, Efiopiya, Çin, Sudan, Türkmənistan və Vyetnamdır.

Azərbaycanla bağlı bildirilir ki, bu ölkədə xarici və ya müstəqil yayım yoxdur, çox az jurnalist müstəqil qəzetlərdə və saytlarda işləyir. Onlar da hədə qorxulara, saxta ittihamlar üzrə həbslərə məruz qalır.

«Azadlıq» qəzetinin redaktor müavini Sücaəddin Şərifov deyir ki, Azərbaycanda rəsmi senzura olmasa da,
Foto: Arxiv
Foto: Arxiv
müstəqil məhkəmələrin olmaması mediada senzura mühiti yaradır:

«Azərbaycanda ədalətli məhkəmə sistemi yoxdur deyə, o, bəzən özünü senzura kimi büruzə verir. Elə olur ki, dövlət qurumları barədə diqqətçəkən məlumat alırıq, amma dəqiqləşdirə bilmirik. Onda bunu vermirik, bu da elə senzuradır».

RƏSMİ SENZURA YOXDUR

Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli deyir ki, bəzi media orqanlarının özlərinin siyasi asılılığı var. Ancaq bu, hakimiyyətin qoyduğu senzura deyil:

«Düzdür ayrı-ayrı qanunvericilik aktları var ki, bunlar jurnalistlərə bəzi informasiyalarla ehtiyatlı davranmağı tövsiyə edir. Məsələn, dövlət sirlərinin qorunmasıdır, hərbi məsələlər haqqında yazılmasıdır. Bəzi məxfi informasiyalar var ki, onların yayılışına qanunla məhdudiyyətlər qoyulur. Bu qanunidir, hər bir ölkədə də var. Ancaq rəsmi şəkildə senzura yoxdur və bunun da tətbiqinə yol verilmir».

Azərbaycanda rəsmi senzura 1998-ci ildə ləğv olunub.
XS
SM
MD
LG