Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 18:46

Əli Əkbər: “Kitab oxuyan prezident obrazına ehtiyacımız var”


Əli Əkbər: “Kitab oxuyan prezident obrazına ehtiyacımız var”
Gözlə

No media source currently available

0:00 0:52:16 0:00
Direct-ə keçid

Əli Əkbər: “Kitab oxuyan prezident obrazına ehtiyacımız var”

“Axır vaxtlar üç rayonda romanımın imza gününü keçirmişəm. Biri muzeydə, biri mədəniyyət evində... Bircə Şabranda kitab mağazası vardı, vəssalam.

Tədbirimi ona görə muzeydə, mədəniyyət evində keçirirdim ki, istəyirdim icra başçılarını utandıram.

Təsəvvür edin ki, iki yüz min nəfər əhalisi olan bir rayonda bircə dənə də olsun, kitab mağazası yoxdur”

Bu fikirləri “Pen klub” proqramında “Ulduz” jurnalının baş redaktoru, yazıçı Elçin Hüseynbəyli söyləyib. PROQRAMI DİNLƏ

Müzakirə mövzusu belə idi: Dövlətin ədəbiyyata dəstəyi yetərlidirmi? Niyə, məsələn, “Eurovision” yarışmasına hər il ədəbiyyatdan dəfələrlə çox pul ayrılır.

Proqrama yazarlar Pərviz Cəbrayıl, Əli Əkbər, Tofiq Abdin və Milli Məclisin Mədəniyyət Komissiyasından deputat Jalə Əliyeva da qatılıblar.

E.Hüseynbəyli:

- Kitabı dəbə mindirmək lazımdır. Mötəbər tədbirlərdə demək lazımdır ki, ay icra başçıları, ay məmurlar, kitab oxuyun!

Bilirsiniz, bura Şərqdir. Hamı birinci adama baxıb düzlənir. İcra başçısı kitaba maraq göstərmirsə, yerdə qalanlar, ümumiyyətlə, bixəbər qalacaqlar.

Amma E.Hüseynbəyli məmurların kitaba münasibətini tənqid etsə də, hesab edir ki, dövlət ədəbiyyata kifayət qədər dəstək verir:

- Son on ildə Azərbaycan ədəbiyyatına böyük məbləğdə pul ayrılıb. Dövlət yazıçılara nə etməlidir ki? Yazıçıların təmirli binası var, yazıçılara dövlət dotasiyası ayrılıb, jurnallar çıxır...

Dünyanın heç bir yerində yazıçıya siyahı ilə mənzil verilmir. Dövlət torpaq ayırdı, bina tikildi və sonda başağrısı Anar müəllimə qaldı.

Avropalılar Yazıçılar Birliyinə baxanda bizə həsəd aparırlar ki, kaş bizim də bu cür
Tofiq Abdin
Tofiq Abdin
təşkilatımız olardı. Mənim mövqeyimi bilmək istəyirsinizsə deyirəm: yazıçıya təqaüd-filan verilməmlidir. AYB Sosial Müdafiə Fondudur?

Pərviz Cəbrayıl isə rayonların çoxunda kitab dükanları olmasa da, dövlət büdcəsi hesabına olimpiya mərkəzləri, Heydər Əliyev muzeylərinin tikilməsi üçün külli miqdarda pul xərclənməsinə diqqət çəkib. Amma o, ədəbiyyata dəstəklə “Eurovision” yarışmasına hazırlıq arasında müqayisə aparmağın tərəfdarı deyil:

- Ədəbiyyatın “Eurovision” ilə qarşı-qarşıya qoyulmasının tərəfində deyiləm.

Bu yarışma ah-nalə üzərində qurulmuş yarışma məzmunu aldı. Azərbaycan dünyada biabır oldu.

Elçin Hüseynbəylinin sözündən elə çıxdı ki, guya ədəbiyyat elə AYB deməkdir. Bu təşkilat, sadəcə, bir qurumdur.

Yazıçılar Birliyinə hansısa büdcə ayırmaqla, təqaüd, ev verməklə ədəbiyyatın inkişafına xidmət etmək olmaz. Bu, absurd fikirdir. Dövlət ədəbiyyata qayğını ianə şəklində dərk edir.

Prezident bir idmançının boynunu qucaqlayanda, bir dəfə də bir yazıçının əlini sıxsın. Yazıçıya təqaüd vermək onu dilənçiliyə öyrətmək deməkdir.

Tofiq Abdin:

- Dövlət mənə nə qayğı eləməlidir ki?! Axı, mən bu dövlətə xidmət etməmişəm! Qurban olum, mən durub Bəşir Səfəroğlu haqqında, müharibədə itkin düşmüş sənət adamları haqqında kitab yazıramsa, bunun dövlətə xidmətlə nə əlaqəsi?

Dövlətdən nəsə umuramsa, deməli, ona xidmət etməliyəm. Yazıçılar Birliyi mənə çöp də verməyib. Evi Mədəniyyət və Turizm Nazirliyi Anar müəllimin şəxsi təşəbbüsü ilə verib.

Əli Əkbər
Əli Əkbər
Kitab bazarının yaradılması, kitabın satılması... bu məsələlər heç vaxt məni maraqlandırmayıb.

71 yaşım var, məni işdə saxlayıb 174 manat maaş verirlərsə, vallah, Allaha şükür edirəm.

Axundov kitabxanasında işləyən bacım maaşını yığıb kitabımı çap etdirmişdi.

“Bayatı” kitab mağazasına kitab aparıb dedim ki, bunu bir manata satın, onu da almadılar, qurban olum.

Jalə Əliyeva:

- Dövlətin mədəniyyətin bütün sahələrinə kifayət qədər qayğısı var. Gənc yazarların arasında çox istedadlı insanlar var. Ədəbiyyat son illər söz-söhbət, mübahisə yaradan bir sahəyə çevrilib. Mənim ürəyim ağrıyır ki, necə oldu bu sahədə birdən-birə bu qədər narazı insanlar yarandılar.

Əli Əkbər:

- Mənim dövlətdən umacağım yoxdur, heç bir dəstək-filan gözləmirəm. İmkan versinlər, işlərimizdə bizə mane olmasınlar.

Dövlət başçısı yeraltı keçidlərdən tutmuş əhəmiyyətsiz obyektlərə qədər hamısının açılışında iştirak edir, amma bir kitab mağazasında olmayıb.

Bu xalq şahsevən xalqdır, görsə ki, bir dəfə, iki dəfə İlham Əliyev kitab mağazasından kitab alır, kitabla şəkil çəkdirir, onda ədəbiyyata meyl edəcək. Kitab oxuyan prezident obrazına ehtiyacımız var.
XS
SM
MD
LG