Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:37

«Eurovision-2012»-nin Mətbuat Mərkəzi fəaliyyətə başlayıb


Baku Crystal Hall
Baku Crystal Hall
Mayın 13-də «Eurovision-2012» mahnı müsabiqəsinin Mətbuat Mərkəzi fəaliyyətə başlayıb. Mərkəzdə radio otaqlar, müsahibələrin alınması üçün otaqlar, mətbuat konfransı zalı, istirahət otaqları var.
Bundan başqa Mətbuat Mərkəzində «Qarabağ», «Gəncə», «Şəki», «Quba», «Naxçıvan», «Qəbələ», «Xəqani», «Nizami», «Sabir», «Xətai» adlı otaqlar da fəaliyyət göstərir.
Mərkəzin xaricində quraşdırılmış monitorda Azərbaycan bayrağı dalğalanır. «Baku Crystal Hall»ın meydanında quraşdırılan işıqlı qlobusda isə müsabiqədə iştirak edən ölkələrin bayraqları nümayiş etdirilir.

MƏŞQLƏRƏ START VERİLİB

«Baku Crystal Hall»da «Eurovision-2012» mahnı müsabiqəsi birinci yarımfinal iştirakçılarının məşqləri başlayıb.
İlk məşq günü 9 iştirakçı ölkənin - Monteneqro, İrlandiya, Yunanıstan, Latviya Albaniya, Rumıniya, İsveçrə, Belçika, Finlandiya təmsilçiləri hazırlıq çıxışları edəcək. Hər məşq 40 dəqiqə davam edəcək.

Bundan sonra hər bir iştirakçı öz mətbuat konfransını keçirəcək.
Yarımfinalların və finalın son məşqləri mayın 21, 23-ü və 25-də keçiriləcək.
XS
SM
MD
LG