Mayın 18-də Facebook öz səhmlərini ilk dəfə açıq satışa çıxarır.
İPO-da, yəni ilkin ictimai təklifdə Facebookun bir səhminə 38 dollar qiymət qoyulur.
Əgər səhmlər bu qiymətə satılsa, Facebookun bazar qiyməti 100 milyard dollara çatacaq.
Bununla da Facebookun yaradıcısı 28 yaşlı Mark Zuckerbergin var-dövləti 20 milyard dollar olacaq.
Xatırladaq ki, Zuckerberg Facebooku 8 il qabaq Harvard Universitetinin yataqxanasında yaradıb.
Səhmi almaq üçün Nyu York birjasına getmək də lazım deyil, Bakıda da istəyən hər bir kəs internetlə broker şirkətlərdən Facebookun səhmini ala bilər.
ALMAQ SƏRFƏLİDİR YOXSA YOX?
Oxşar təcrübələri yada salaq.
Google vaxtilə öz səhmini İPO-da 80
dollara satışa çıxarmışdı, cəmi 3-4 aya 1 səhmin qiyməti 400 dollara qalxdı.
Hazırda Faceebookun 900 milyon istifadəçisi var.
Facebook keçən il internet reklamlarından 3,7 milyard dollar qazanıb.
Bunlar yaxşı səslənir, ancaq bir səhmə 38 dollar nə qədər əsaslı qiymətdir?
FACEBOOKUN SƏHMİ MİCROSOFTUNKUNDAN 3 DƏFƏ BAHA ÇIXIR
Forbes jurnalına görə, şirkətin qiymətinin onun gəlirinə nisbəti kimi göstərici Facebookda 27-dir.
Bu da həddən artıq yuxarıdır. Məsələn, Apple-də bu 15-dir. Microsoft-da 11-dir.
Belə çıxır ki, hazırda Apple-in səhmini almaq az qala 2 dəfə sərfəlidir, Microsoftu almaq 3,5 dəfə.
Başqa sözlə, əgər Apple nümunə götürsək, Facebookun səhmi gərək 19 dollar ola.
Faceebook öz səhminə niyə belə yuxarı qiymət qoyub?
Yəqin bu, onun səhminə İPO-da böyük maraq və tələblə bağlıdır.
MARAQ BÖYÜKDÜR
Tələb o qədər böyükdür ki, Facebook əvvəlcə özünün 12 faizini satmaq istəyirdi, sonra böyük marağı görüb satışa çıxarılan payı 18 faizə qaldırdı.
ABŞ-dakı Sterne Agee broker şirkətinin baş təhlilçisi Arvind Bhatia Azadlıq Radiosuna deyir: “ Mənim fikrimcə, ilk dövrlər şirkətin səhmləri daha çox emosiya ilə hərəkət edəcək. Bundan başqa qiymət tələb-təkliflə hərəkət edəcək. Siz bilirsiniz ki, ictimaiyyətə çatan səhmlər kifayət qədər deyil. Ona görə tələb dəfələrlə çoxdur”.
Təhlilçi izah edir ki, səhmlər belə satışa çıxarılanda iri şirkətlər böyük həcmdə səhm alıb, saxlayırlar.
Birjada gündəlik satışlarda sonra dövr edən səhmlər ilkin satışa çıxarılanın az bir hissəsidir.
ZUCKERBERG SƏSLƏRİN 50 FAİZİNİ ÖZÜNDƏ SAXLAYIR
Facebookun 18 faizi satılandan sonra Zuckerberg şirkətdə 25 faiz paya malik olacaq.
Facebookda qərarları isə Zuckerberg yenə təkbaşına vermək hüququnu özündə saxlayacaq.
Şirkətdə səs hüququnun 50 faizi onda qalacaq.
Facebookun səhmləri satılandan sonra investorlar artıq öz səhmlərinə gəlir tələb edəcəklər.
Facebookun internetlə reklama nəhəng potensialı var.
Ancaq bir ildə reklamdan bəzi məlumatlara görə, 1 milyard, başqa məlumatlara görə, 3,7 milyard dollar qazanıb. Bu da səhmin qiyməti ilə götürəndə çox azdır.
Ona görə, bir çox istifadəçilər qorxur ki, Facebook bundan sonra səhifələrini reklamla doldura.