Lap qədimdən adamlar nəyisə bəyənəndə barmağını yuxarı qaldırırdı. Bəyənməyəndə isə barmağı aşağı salmaqla bunu sakit ifadə edirdi. Bu hərəkətin mənası o qədər aydındır ki, «Facebook»da da nəyisə bəyənəndə, «Like» düyməsindən istifadə olunur.
Bu düyməni basmaqla istifadəçi hansısa bir şəkli, fikri ya da şəxsi bəyəndiyini ifadə edə bilir. Ancaq indi bu «Like» düyməsi çox riskli məsələyə çevrilib. Amerikada, Virciniya ştatında hakim bir iş üzrə belə qərar qəbul edib: Konstitusiyadakı söz azadlığı prinsipi internetdə «like» düyməsini basmağa aid deyil.
Amerika Vətəndaş Azadlığı İttifaqının hüquqşünası Aden Fine:
«Burada əsas məsələ budur – «Facebook»da nəyisə bəyəndiyinizi bildirmək üçün «Like» düyməsini basmaqla fikrinizi ifadə edirsiniz, yoxsa yox? Məncə, fikrinizi ifadə edirsiniz. «Like» düyməsini basmaq, yaxud nəyisə bəyəndiyinizi sözlə ifadə etməyin arasında fərq yoxdur. Siz «Like» etməklə konkret bir fikrə, yaxud da şəxsə münasibətinizi bildirirsiniz».
«LIKE» KONSTİTUSİYA İLƏ QORUNMUR?
Məhkəmə bu qərarı polis əməkdaşlarının iddiası üzrə işə baxarkən verib. Polis rəisi seçilərkən əməkdaşlar onun rəqibinin səhifəsində rəqib üçün «Like» düyməsini basıblar. Polis rəisi seçkini udandan sonra əməkdaşları işdən çıxarıb. Əsas kimi də əməkdaşların iş rejimini pozmasını qeyd edib.
Harvard Universitetindən Jeff Hermes deyir ki, hakimin qərarından belə çıxır ki, fikrinizi öz sözlərinizlə ifadə edirsinizsə, bu, Konstitusiya ilə qorunur. Ancaq eyni şeyi «Like» düyməsini basmaqla edirsinizsə, onda başqasının fikrini bəyənmiş olursunuz. Bu isə Konstitusiya ilə qorunmur:
«Məncə, bu doğru analiz deyil. Burada hakim fikrin bu qədər sadə yolla ifadəsinin mümkünlüyünü qəbul etmir. Halbuki, başqa məhkəmələr, o cümlədən ABŞ Ali Məhkəməsi öz qərarlarında bildiriblər ki, hətta ən sadə hərəkətlər belə yüksək ifadə qabiliyyətinə malik ola bilər. Misal üçün, şikayət məktubunu imzalamaq. Burada siz ad və soyadınızı yazırsınız, ancaq fikir ifadə etmirsiniz. Bununla belə başqalarının fikrinə razılılıq bildirirsiniz».