-
14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan müxalifət fəalları mayın 18-də aclıq aksiyasını dayandırıblar.
Bu barədə vəkil Fəxrəddin Mehdiyev məlumat verib.
«Vicdan məhbusu» sayılan Tural Abbaslı, Əhəd Məmmədli, Vidadi İsgəndərli, Sahib Kərimov, Şahin Həsənli, Məhəmməd Məcidli və Babək Həsənov mayın 15-də aclıq aksiyasına başlamışdılar.
Fəxrəddin Mehdiyev deyir ki, məhbuslar aksiya müddətində «kars»a salındıqlarına görə məhkəməyə müraciət edəcəklər:
«Aclıq edənlərin «kars»a salınması işgəncə faktıdır».
RÜFƏT HACIBƏYLİ DƏ ACLIĞI DAYANDIRIB
5 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Rüfət Hacıbəyli də mayın 19-dan aclığı dayandırıb.
Bu barədə R.Hacıbəylinin qardaşı Cavid Hacıbəyli məlumat verib.
O deyir ki, R.Hacıbəyli aclıq aksiyasına başladığına görə mayın 15-də 15 sutkalıq «kars»a salınmışdı.
R.Hacıbəyli artıq «kars»dan cəzaçəkmə müəssisəsinin tibb məntəqəsinə köçürülüb.
Aclıq aksiyası keçirənlərin əsas tələbi qeyd-şərtsiz azad olunmaları, ölkədə siyasi islahatların aparılmasıdır.