Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 21:12

Rusiya və Britaniya Suriya prezidentinə daha çox təzyiq etməyə razılaşıblar


Houlada qətlə yetirilənlərin dəfn mərasimi. 26 may 2012
Houlada qətlə yetirilənlərin dəfn mərasimi. 26 may 2012
-


BMT və Ərəb Liqasının Suriya üzrə xüsusi təmsilçisi Kofi Annan Bashar Assad rejimini ölkədəki böhranı ancaq sülh yoluyla həll etmək üçün qəti addımlar atmağa çağırıb. Asadla görüşdən bir gün əvvəl verdiyi açıqlamada Annan Houla kəndində çoxu qadınlar və uşaqlar yüzdən çox adamın qırılması faktından dəhşətə gəldiyini bildirib.

BMT mayın 25-də baş vermiş həmin hadisədə 33-ü uşaq olmaqla 108 nəfərdən çox dinc sakin həlak olub. 300 nəfərdən çox adam da yaralanıb. Şahidlər tank və artilleriya atəşindən tələfat daha çox olduğunu deyirlər.

Suriyanın müxaliflər olan yaşayış məskənlərinin bəzilərinin hökumət qoşunları tərəfindən atəşə tutduğu bir vaxtda Britaniya və Rusiya Xarici İşlər nazirləri William Hague Sergei Lavrov Suriya rəhbərliyinə təzyiqi artırmaq üçün razılıq əldə ediblər.

Moskvada keçirilən görüşdən sonra nazirlər bildiriblər ki, Houlada 108 nəfərin öldüyü qırğından sonra Dəməşqin qoşunlar və döyüş texnikasını yaşayış məntəqələrindən geri çəkməyinin vacibliyini düşünürlər.

Suriya hökuməti bu qırğını müxalifətin siyahlı qüvvələrinin törətdiyini iddia edir. Bunu inkar edən müxalifət isə elə bu gün – mayın 28-də də Hama şəhərinə artilleriya hücumu nəticəsində 30-dan çox adamın həlak olduğunu bildirir.

Lavrov deyib ki, BMT-Ərəb Liqasının sülh planının ən vacib elementlərindən biri də budur. Ancaq Rusiyalı nazir Britaniyalı həmkarının Suriya prezidenti Bashar al-Assad-i istefaya dəvət etməsi çağırışını dəstəkləməyib. Deyib ki, zorakılığın dayandırılması hakimiyyətin kimin əlində olmasından daha vacibdir. Və bütün tərəfləri zorakılığı dayandırmağa və siyasi danışıqlara başlamağa çağırıb.

Keçən ilin əvvəlində Suriya dinc mitinqlərə hökumət qüvvələrinin silahlı müdaxiləsi az sonra ölkə böyu qanlı toqquşmalara səbəb olub. BMT indiyə qədər 10 min nəfərə yaxın adamın həlak olduğunu bildirir.
XS
SM
MD
LG