Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 09:48

Azərbaycan və erməni əsgərləri arasında atışmalar səngimir


Arxiv foto, Qarabağdakı erməni əsgəri.
Arxiv foto, Qarabağdakı erməni əsgəri.

Ermənistan Qarabağda yeni itkilər verdiyini, Azərbaycan bütün gecə təmas xəttinin hər yerində atışma getdiyini bildirir. Atəşkəs pozuntuları barədə Ermənistan mediasının yazdıqları.

-

YENİ ATIŞMA, ERMƏNİSTAN İTKİ VERDİYİNİ DEYİR


Erməni mediasının məlumatına görə iyunun 6-da səhər saatlarında Füzuli rayonun Horadiz qəsəbəsi istiqamətindən Azərbaycanın əsgərlərindən ibarət qrup erməni əsgərlərinin mövqelərinə hücum ediblər.

Qarabağdakı erməni qüvvələri Azərbaycan əsgərlərinin itkilər verdikdən sonra geri çəkilməyə məcbur olduğunu, erməni əsgərlərdən isə 1 nəfərin həlak olduğunu, 2-sinin də yaralandığını bildirir.

Azərbaycan tərəfdən Füzuli istiqamətində hansısa insident haqqında bir məlumat yoxdur. Amma Müdafiə Nazirliyi bildirir ki, iyunun 5-i axşam saatlarından 6-ı səhərə qədər qoşunların təmas xəttində bütün istiqamətlərdə atəşkəs pozulub. Azərbaycan tərəfdən itki olmayıb.

Yada salaq ki, iyunun 4-də Ermənistanın Müdafiə Nazirliyi Azərbaycanın Qazax rayonu istiqamətində döyüşdə 3 əsgərinin öldürüldüyünü, bir neçəsinin də yaralandığını bildirmişdi.

Bundan bir gün sonra Azərbaycan həmin istiamətdəki döyüşlər haqda xəbər yayararq 5 Azərbaycan əsgərinin həlak olduğunu açıqladı. Azərbaycan Müdafiə nazirliyi erməni qüvvələrinin hücumunun qarşısını itkilər hesabına olsa da aldığını bildirdi.

ERMƏNİ EKSPERT: “AZƏRBAYCANA QEYRİ-SABİTLİK LAZIMDIR, MÜHARİBƏ YOX”

Atəşkəsin pozulması Ermənistanda geniş müzakirə mövzusudur. Politoloq Sergey Minasyan tert.am saytına deyib ki, “Azərbaycan atəşkəsi pozmaqla Qarabağ münaqişəsinin həlli ətrafında siyasi vəziyyəti və hazırkı status-kvonu qəbul etmədiyini nümayiş etdirir: “Ermənistanda yüksək səviyyəli qonağın olduğu bir vaxtda belə atəşkəs pozuntusu ilə Bakı həm də göstərmək istəyir ki, hərbi hədələr təkcə siyasi blef deyil.”

Ermənistanda hərbçi ekspert David Camalyan isə yerli jurnalistlərə bildirib ki, Bakı dünya ictimaiyyətinə müharibəyə hazır olduğunu, amma buna əl atmamasını böyük güzəşt kimi təqdim etmək istəyir: “Amma hamı bilir ki, Azərbaycan belə müharibəyə hazır deyil. Əgər hazır olsaydı, müharibə üçün heç bir dövlətdən razılıq gözləməzdi.

Azərbaycana təmas xəttində gərginlik lazımdır, müharibə yox. Rejim qeyri-sabitlik yaratmaqla bəzi məsələlərini həll etmək istəyir.”

YEREVANDA DANIŞIQLARDAN ÇIXMAQ TƏLƏBİ

İyunun 7-də Ermənistandakı bir qrup qeyri-hökumət təşkilatı da Yerevanda prezidentin iqamətgahı qarşısında etiraz aksiyası keçirməyi planlaşdırır.
Ermənistan mediasının xəbərinə görə aksiya iştirakçıları prezidentə və xarici işlər nazirinə məktub çatdırmaq istəyirlər.

Yerli medianın xəbərində deyilir ki, həmin məktubda Ermənistan rəhbərliyindən Azərbaycanla hər hansı formada olur-olsun danışıqlardan imtina etmək, vasitəçilərin ərazi güzəştlərinə gətirib çıxara biləcək təkliflərini rədd etmək və son əsgər itkilərinə uyğun cavab vermək tələb edilir: “İndi baş verənlər Ermənistanın siyasi və hərbi rəhbərliyinin 1994-cü ildə azadlıq müharibəsini başa çatdırmamalarının, uzun müddətdir nəticəsiz danışıqları davam etdirməsinin nəticəsidir” – deyə məktubda bildirilir.
XS
SM
MD
LG