Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:42

Luvra hansı rəng daha çox yaraşır?


Luvr Muzeyi
Luvr Muzeyi
İyunun 12-də məşhur Luvr Muzeyi tarixində bir ilkə imza atıb.

Muzeydə moda nümayişi təşkil olunub.

Xəbəri «Associated Press» yayıb.

Muzeyin Denon qalereyasının bir qanadında göstərilən kolleksiyanı İtaliyanın məşhur «Salvatore Ferragamo» Moda Evi düzənləyib.

Moda Evinin bu şərəfə nail olmasının sadə bir səbəbi var.

Çünki «Salvatore Ferragamo» Moda Evi hazırda Luvrda sərgilənən Leonardo da Vinci'nin «Müqəddəs Anna körpəsi ilə» (The Virgin and Child with St. Anne ) tablosunun sponsorudur.

Xəbər verdiyimiz kimi, sərgi martın 29-da açılıb və iyunun 25-dək davam edəcək.

Xəbəri yayan agentlik bildirir ki, kolleksiyanın əsas rəngləri açıq qəhvəyi (bej) və ağ olub.

Modellər bu rənglərdə donlar və kostyumlar geyiniblər.

Bütün bunlar isə ilan dərisindən hazırlanmış çantalar və uzunboğaz çəkmələrlə təqdim edilib.

«Salvatore Ferragamo» Moda Evinin təmsilçisinin dediyinə görə, modellərin geydiyi rənglər Luvr Muzeyinin interyeri ilə çox uzlaşır.

Nümayişdə moda tənqidçilərinin və dünyanın tanınmış sənət adamlarının iştirak etdiyi deyilir.

Moda Evinin əsasını ayaqqabı dizayneri və modelyer Salvatore Ferragamo ötən əsrin başlanğıcında qoyub.

Üstündən 20 il keçəndən sonra o, artıq Hollivud ulduzları ilə işləyirmiş.

İndi Florensiyada onun adını daşıyan muzey də fəaliyyət göstərir.

Moda Evini isə onun nəslinin davamçıları işlədirlər.
XS
SM
MD
LG