Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:14

Elmar Məmmədyarov: «İndiki status-kvo qəbuledilməzdir»


Elmar Məmmədyarov və Eamon Gilmore
Elmar Məmmədyarov və Eamon Gilmore
-
«Sülh Dağlıq Qarabağ münaqişəsinin həllində yeganə yoldur. Tərəflər gücün tətbiqindən, zorakı addımlardan çəkinməlidir».

Bunu ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın Xarici İşlər və Ticarət naziri Eamon Gilmore Bakıda keçirdiyi mətbuat konfransında bildirib.

Eamon Gilmore tərəfləri snayperləri qoşunların təmas xəttindən geri çəkməyə və baş verən insidentləri araşdırmağa çağırıb.

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov isə deyib ki, tezliklə sülhə nail olunmalıdır. İndiki status-kvo qəbuledilməzdir.

Nazir bildirib ki, Azərbaycan tərəfi təmas xəttindəki insidentlərin araşdırılması mexanizmlərinin yaradılmasına razılıq verib. Amma:

«Bu mexanizm Ermənistan qoşunları Azərbaycanın işğal altında olan ərazilərini tərk etdikdən sonra işləyə bilər. Yalnız o zaman həmin mexanizmi icra etmək olar. Bu mexanizm indi tətbiq olunmağa başlanılsa, bu, mövcud status-kvonun daha da möhkəmlənməsi deməkdir. Bu da qəbul olunmazdır».
XS
SM
MD
LG