Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:21

Hilal Məmmədovla bağlı Jurnalistləri Müdafiə Komitəsi bəyanat verib


Jurnalistləri Müdafiə Komitəsi
Jurnalistləri Müdafiə Komitəsi
Azərbaycan hakimiyyəti jurnalist Hilal Məmmədova qarşı ittihamları dayandırmalı və onu dərhal azad etməlidir. Jurnalistləri Müdafiə Komitəsi (JMK) iyunun 25-də bu bəyanatla çıxış edib.

JMK-nin tədqiqatına görə, H. Məmmədov Azərbaycanda həbs edilən 8-ci jurnalistdir.

«Tolışi Sədo» qəzetinin baş redaktoru Hilal Məmmədov iyunun 22-də külli miqdarda narkotik maddə saxlama ittihamı ilə saxlanılıb. Məhkəmə onun haqqında 3 aylıq həbs qətimkan tədbiri seçib. Hilal Məmmədov özü bu ittihamları rədd edir.

İyunun 25-də hüquq-mühafizə orqanlarının əməkdaşları Hilal Məmmədovun evində təkrar axtarış aparıblar.

«Əgər biz hakimiyyətə inansaq, onda Azərbaycan jurnalistlərini dünyada ən çox narkotikə aludə olanlardan biri hesab etməliyik», JMK direktor müavini Robert Mahoney deyib.

«Hər dəfə jurnalistlər tənqidi bir şey yazanda onlar saxta narkotik ittihamı ilə dəmir barmaqlıqlar arxasına düşmə riski ilə üzləşirlər. Hakimiyyət tənqidi jurnalistlərə qarşı zorakılığı dayandırmalıdır və onlar bunu Hilal Məmmədovun azad edilməsilə başlaya bilərlər».

JMK tədqiqatına əsasən, Azərbaycan regionda jurnalistləri dustaq edən aparıcı ölkədir.
XS
SM
MD
LG