İranda tanınmış Britaniya yazıçısı Salman Rushdie-yə qarşı 23 il əvvəl çıxarılmış ölüm fitvası yenidən yada düşüb.
“Salman Rüşdinin çətin həyatı və onun haqda Hökmün icrası” adlanan kompüter oyununu hökumətin maliyyələşdirdiyi Tələbələrin İslam Assosiasiyası yaradır.
Bu barədə İranda keçirilən Beynəlxalq Kompüter Oyunları Sərgisində məlumat açıqlanıb.
Məlumata görə, oyunun yaradılmasında məqsəd ““Şeytan ayələri” yazan müəllifin günahı barədə İslamın yeni nəsillərinə mesaj çatdırmaqdır”.
Məlumatlara görə, kompüter oyununda hədəf Salman Rüşdidir və oyunu oynayan onu odlu silahla aradan götürməlidir.
İran ayətullası Xomeyni 1989-cu ildə “Şeytan ayələri” romanını küfr adlandırmış, onun İslam peyğəmbərini təhqir etdiyini bildirmiş və yazıçı haqda ölüm fitvası vermişdi.
Bundan sonra kitabın çapı bir çox müsəlman ölkələrində qadağan edilmişdi.
Bir müddət əvvəl Azərbaycan da kitabın tərcümə edilərək yerli qəzetlərin birində çapının qarşısı alınmışdı.
1998-ci ildə İran sərt mövqeyindən müəyyən qədər geri çəkilmiş və bildirmişdi ki, fitvanı “nə dəstəkləyir, nə də geri götürür”.