Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:56

Rüqəyyə Kəbiri. Gözümün quraqlığı


Rüqəyyə Kəbiri


GÖZÜMÜN QURAQLIĞI


Gözəlim Bakı!
Səndən aldığım ödülə deyil,
kirpiklərimin arxasında
gözlərimə toxunmadan
bəbəklərimə baxdın deyə
duyğulanıram.
Yanaqlarıma,
dodaqlarıma bir toxunsaydın,
köküm
sarmaş-dolaş
yüksələrdi oğuz qalasına -
Qız qalasına.
Dənizə bağışladığın nəfəsin
Toxunsaydı nəfəsimə,
Xəzər dalğalanardı tənimdə...

Gözəlim Bakı!
İndisə
səninlə üz-üzə,
göz- gözə
və ağlımızda
ilmək-ilmək toxunan ipək buludlar
gözlərimin quraqlığına yağır.

Tarixin yanlışlarını ödəməyə gücüm yox,
itirdiyim gəncliyim
bir gecədə
qurban kəsildi illərimin uğuruna.
Əllərimdən tutmasan belə,
utancaq gözlərim
sığındı sənin baxışlarının kölgəsinə.
Səssiz-səmirsiz
sənə tutunan duyğularımı
ovcumda tuturam
yaralanmış incəcik ruhumu.
Göyərçinlər qanadlanır
Təbrizin havasında,
gözəlim Bakı...

2012 - İyun
XS
SM
MD
LG