Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:31

Jurnalistləri Müdafiə Komitəsi Hilal Məmmədov haqda bəyanat verib


Jurnalistləri Müdafiə Komitəsi
Jurnalistləri Müdafiə Komitəsi
«Etnik talışların qəzeti olan «Tolişi Sədo» qəzetinin baş redaktoru Hilal Məmmədova qarşı siyasi xarakterli işə Azərbaycan hakimiyyəti xitam verməli və onu dərhal azadlığa buraxmalıdır».

Jurnalistləri Müdafiə Komitəsinin bəyanatında belə deyilir.

Bəyanatda bildirilir ki, müstəqil qəzet olan «Tolışi Sədo»nun redaktoru dövlətə xəyanətdə, etnik və dini ədavəti qızışdırmaqda və narkotik maddə saxlamaqda ittiham olunur. Əgər bu maddələr üzrə o təqsirli bilinsə ömürlük azadlıqdan məhrum oluna bilər.

İyunun 1-də həbs edilmiş jurnalist əvvəlcə heroin saxlamaqda ittiham olunurdu. Ancaq ailə üzvləri jurnalistlərə bildirib ki, narkotik maddəni onun evinə polislər qoyub. Daxili İşlər Nazirliyi isə bildirib ki, Hilal Məmmədov öz yazılarında, İranın «Səhər 2» telekanalına müsahibələrində və tərcümə edib yaydığı kitablarında ölkənin təhlükəsizliyinə xələl gətirib.

Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Mərkəzi Asiya proqramının koordinatoru Nina Ognianova deyir ki, «jurnalisti etnik azlıqlarla bağlı müsahibələr verdiyinə və məqalələr dərc etdiyinə görə dövlətin təhlükəsizliyinə təhdid törətməkdə ittiham etmək dözülməzdir. Azərbaycan hakimiyyəti dərhal Hilal Məmmədovu azad etməli və qəzetin jurnalistlərinə qarşı təzyiqləri dayandırmalıdır».

Bəyanatda o da bildirilir ki, «Hilal Məmmədovun susdurulmasına xərclənən dövlət vəsaiti əslində həbsxanada müəmmalı şəraitdə ölən Novruzəli Məmmədovun işinin ədalətli araşdırılmasına yönəldilməlidir».
XS
SM
MD
LG