Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 10:47

Fərid Hüseyn. Şairlər dildən-dilə azalıb...


-
Şairlər dildən-dilə azalıb,
sonuncu adamın dilində hecalanacaqlarsa,
Uduzmayıblar deməli,
Şeiri hökumət sevməyə də bilər?
Bəs küləklər zəmiləri misra kimi düzsə.
Qoy qadınlar sevməsin şeirləri.
Özləri də bilmədən adımızı rədif kimi çağıracaqlar.

Qoy uşaqlar da oxumasınlar bizi,
Biz oxunmadıqca sirli qalacağıq,
əzbərləməsinlər heç şeirlərimizi.
əzbərlər yaddaş qədər yaşar ancaq.
Ehey, adaşım, şeir oxumayan şairlər ölkəsindənik.
Hamımız qumara qoyulmuşuq,
udana haramıq, uduzana məğlubiyyət.

bizimyazi.com
XS
SM
MD
LG