Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:56

FURQAN SADIQ. BU DƏNİZ NƏ YAMAN ÇIRPINIR BELƏ


-

BU DƏNİZ NƏ YAMAN ÇIRPINIR BELƏ

Bu dəniz nə yaman çırpınır belə...
Dağlarmı çəkilib sinəsi üstə...
Bu dəniz nə yaman çırpınır belə...

Bəlkə tənhalıqdan bezibdir dəniz,
bəlkə təkliyindən əsəbləşibdir.
Çırpına-çırpına dözübdür dəniz,
çırpına-çırpına gözəlləşibdir.

Nə isə danışır, söyləyir bizə,
dalğa ləhcəsiylə, külək diliylə.
Qovuşmaq istəyir sahil dənizə,
qovuşmaq istəyir dəniz sahilə.

Dənizə tor atır balıqtutanlar,
bu tora düşəndə balıqlar çaşır.
Dənizə tor atır balıqtutanlar,
dəniz də onlarla durub yanaşı.
Dənizin toruna qayalar düşüb...

Bu dəniz nə yaman çırpınır belə...
Bu dəniz nə yaman çırpınır belə...
XS
SM
MD
LG