Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:52

Aleksei Navalny prezident Putinin sinif yoldaşını korrupsiyada ittiham edir


Azerbaijan - the screen shot from the newspaper The Moscow Times
Azerbaijan - the screen shot from the newspaper The Moscow Times
-




“The Moscow Times” Rusiyada məşhur olan Aleksei Navalny`ın yeni korrupsiya ittihamları dolu bloqundan bəhs edən böyük məqalə yazıb. Victor Davidoff`un yazdığı “Kremdlə Navalny`ın bloqlarını niyə oxumalıdırlar?” adlı bu məqaləni qısa ixtisarla təqdim edirik.

***


Kreml niyə Navalny`nin blogunu oxumalıdır?

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitry Peskov`dan Aleksei Navalny`nın korrupsiyadan bəhs edən bloqlarını oxuyub-oxumadığını soruşanda deyib ki, onları oxumağın o qədər də vacib olduğunu düşünmür. Ona görə də Aleksei`in bloqunu oxumur.
Aleksei Navalny
Aleksei Navalny

Çox təəssüf. Əgər o, Navalny`nin bloqunu oxusaydı dövlət televiziyasında heç vaxt görməyəcəyi korrupsiya faktklarından xəbərdar olardı. Baxmayaraq ki, Navalny bu araşdırmaları maraq üçün edir. Onun araşdırmaları real həyat haqqında çəkilmiş trillerlərə bənzəyir.

Bir neçə ildir Navalny korrupsiya hallarından yazır. Onun iki araşdırması xüsusilə diqqət çəkir. Bu araşdırmalar Transneft və Rospil dövlət şirkətlərində baş verən qanunsuz alış-veriş haqqındadır. O dövlət şirkətlərinin satlnalmalarının monitorinqini aparıb və bir neçə şübhəli müqavilərlə tapıb. Bu müqavilərəin dəyəri astronomik rəqəmlərlə ifadə edilir - 40.4 milyon rubl (1.26 milyon dollar).

Navalny araşdırmalarına görə mükafatlandırılmalı olduğu halda, dövlət ona başqa cür “təşəkkür” bildirməyi üstün tutub. Belə ki, dövlət mediasında ona qarşı böhtan və hədə-qorxu kampaniyası başladılıb.

Navalny “Xarici agent”i Kremldə tapıb?

İyul ayında Dövlət Duması qeyri-hökümət təşkilatlarının “xarici agent” kimi qeydə alınması ilə bağlı qanun layihəsini qəbul edəndən sonra, Navalny xarici fondlardan maliyyə alan “xarici agent”ləri axtarmağa başlayıb.

Alexander Bastrykin (solda)
Alexander Bastrykin (solda)
Ancaq araşdırmanın sonunda məlum olub ki, “xarici agent” QHT-lərin rəhbəri yox, İstintaq Komitəsinin sədri Alexander Bastrykin`dir. Navalny araşdırma zamanı tapdığı sənədləri özünün LiveJournal bloqunda yerləşdirib. Həmin sənədlərə əsasən ortaya çıxıb ki, Bastrykin neçə illərdir Çexiya Respublikasında evə və şirkətə sahibdir. Ancaq bütün bunlar cəmiyyətdən gizli saxlanıb.

Məlum olub ki, 2000-ci ildə Bastrykin və həyat yoldaşı Praqada qeydiyyatdan keçən LAW Bohemia adlı şirkətə sahibdirlər. Həmin vaxt, Bastrykin dövlət işçisi deyildi və onun xarici ölkədə şirkət sahibi olması Rusiya qanunlarına zidd deyildi.

Amma 2001-ci ilin iyul ayında Bastrykin Şimal-qərb Dairəsinin Ədliyyə Nazirliyinin rəhbəri təyin edildi. “Dövlət xidməti” haqqında qanuna görə, dövlət işçisi biznes fəaliyyəti ilə məşğul olmamalıdır. Bastrykin həmin vəzifəyə təyin edildiyi gün ya vəzifəsini tərk etməli, ya da LAW Bohemia adlı şirkətini satmalı idi.

Ancaq o, bunu etmədi. 2004-cü ildə onun sahibi olduğu şirkət Praqada ev alıb. 3 il sonra isə Bastrykin Çexiya Respublikasında yaşayış icazəsi alıb. Bununla o Prokurorluq haqqında qanunu pozub. Onun bu addımı Prokurorluq haqqında qanuna ziddi idi. Bu qanun prokurorluq işçilərinə istənilən növ biznes fəaliyyətini (ölkə sərhədlərindən kənarda da) qadağan edir.

Bloqqerlə Komitə sədri üz-üzə

Navalny`ın bloqu, ola bilsin ki, Kremldə oxunmur, ancaq dünyanın hər tərəfindən bu bloqun oxucuları var. “The Financial Times”ın 26 iyul sayında bununla bağlı məqalə dərc edilir.

Məqalədə Çex Respublikası polisinin müsahibəsində maraqlı nüanslar ortaya çıxır. Belə ki, Bastrykin nəhayət, 2008-ci ildə ona məxsus şirkəti və evi satıb. Ancaq, Çexiya qanunlarına görə o, bu barədə polisi də məlumatlandırmalı idi və polis onun yaşayış icazəsini ləğv etməli idi. Ancaq açıq-aşkar görünür ki, Bastrykin 6 ay Çexiyada yaşayış icazəsindən qeyri-legal şəkildə istifadə edib.

Görəsən, FBİ direktorunun Nikaraquada biznesi aşkarlansaydı, nə baş verərdi?

Jurnlalist Julia Ioffe Twitter-də soruşub: “Görəsən FBİ direktorunun Nikaraquada biznesi, evi, yaşayış icazəsi aşkarlansaydı, nə olardı?:

Navalny bu suala cavab verir: “Bilmək istəyirsiz ki, bu xəbər bilinəndən sonra neçə dəqiqə onlar vəzifələrində qalardı?”

Beləcə qalmaqal böyüməyə başlayır. Bastrykin sakitliyini pozmalı olur. O, 2iyulun 27-də “İzvestya” qəzetinə müsahibə verərək etiraf edib ki, həmin ev 2000-ci ildə alınsa da onun heç vaxt Çexiyada yaşayış icazə olmayıb. O uzunmüddətli viza istifadə edirmiş. Şirkət evi qanuni yolla alıb. “Əgər siz bir avro mənfəət tapsanız, mən istefa verəcəm” – o deyib.

Ancaq Navalny Çex Respublikasında elektron hökümət sistemindən istifadə edərək asanlıqla Bastrykin`ə məxsus evin yerləşdiyi binanın 2004-cü ildən əvvəl tikilmədiyinə dair sənədlər tapıb. Üstəlik, Bastrykin`in uzunmüddətli vizası yox, yaşayış icazəsi olub.

Bastrykinin qazancı haqqında məlumat əldə etmək də çətin olmayıb. O, şirkətini satanda valyuta mübadiləsinin dəyişməsindən 681 avro ($843) əldə edib.
Navalny inanır ki, hüquq mühafizə orqanlarının yüksək çinli məmurlarının NATO üzvü ölkələrdə qondarma şirkətlərə sahibdilər. Rusiya vergi xidməti onların gəlirlərini gizlədir və ya yalan məlumat verir.

Navalny özü də korrupsiyada ittiham olunur

Bu il iyulun 31-də Rusiya Araşdırma Komitəsi Navalny`ni 2009-cu ildə Kirov vilayət qubernatorunun müşaviri olarkən dövlət vəsaitlərini mənimsəmədə günahlandırıb. Ona qarşı qaldırılmış bu iş üç dəfərə araşdırılmağa başladılmış, ancaq şahid olmadığı üçün işə xitam verilmişdi. Ancaq bu ozamanlar idi ki, Navalny nə Alexander Bastrykin, nə də onun sinif yoldaşı, hazırkı president Vladimir Putin haqqında korrupsiya ittihamları ilə dolu bloqlar yazmırdı.

Navalny`nın korrupsiyada ittiham etdiyi vəzifəlilər cəzalandırılacaq, yoxsa, onun özününün qoluna qandal vurulacaq, hələ bəlli deyil. Bu trillerin sonu hələ də yazılmayıb.
XS
SM
MD
LG