Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 09:56

Ədalət Əsgəroğlu. Odey... xan da öldü eşşəkdən qabaq...


-

Odey... xan da öldü eşşəkdən qabaq,
İtdi aralıqda dolu xurcunu.
Başlarda turp əkər indi balqabaq,
Alar, nuh əyyamdan qalan borcunu.

Kəmfürsət işini quracaq şəstlə,
Kəmi cəm eyləyib duracaq qəsdə...
İtkin duman olub sovrulan kəslər,
Tapacaq kələfin hansı ucunu?

Bu boyda boyunan, laçın yaşıynan,
Üzü üzlər görmüş ümid daşıynan,
Döyər xan qapısın belə xoşuynan,
Donuq gözlər kimi açar ovcunu...

Getməz Əsgəroğlum gəda fəndinə,
Söz denən baş qoysun sözün mərdinə.
Bənd olma dağ olmuş çığa dərdinə,
Qınamaz qismətdən gələn bürcünü.
XS
SM
MD
LG