Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:56

Salman Rushdie: “Misir inqilabını edən gənclər sadəlövh imişlər"


Salman Rushdie
Salman Rushdie
-

“Mən keçən il Misirdə baş verən hadisələrlə bağlı çox nikbin idim. Çünki hərəkat doğrudan da dünyəvi, demokratik idi, dini ekstremizmin təsirində deyildi. Belə görünürdü ki, Misir və onun kimi dövlətlər həqiqətən də modern dövlətə çevrilmək yoluna qədəm qoyublar. Amma düşünürəm ki, sonradan hadisələr yanlış istiqamətdə inkişaf etdi”.

“Foreign policy” jurnalı Britaniya yazıçısı, qalmaqallı “Şeytan ayələri” kitabının müəllifi Salman Rushdie-nin müsəlman dünyasındakı inqilablar haqda fikirlərini çap edib:

“Ərəb baharı başa çatıb. Misirdə üsyan etmiş gənclər, güman ki, siyasi cəhətdən çox sadəlövh imişlər. Çox məyusedici haldır ki, dinlə əlaqəsi olmayan və hərbçilərin avtoritar hakimiyyətinə qarşı çıxan inqilabdan sonra yaranan yeni şəraitdə yenə də hakimiyyət avtoritar komandirlər və çox dindar elementlərin əlindədir. Xalq bunun əksi uğrunda mübarizə aparırdı”.

Salman Rushdie ümid etmək istərdi ki, Misir Iranin yolu ilə getməyəcək, “pis rejimi ondan da betəri əvəz etməyəcək”.
XS
SM
MD
LG