Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:18

Ayaz Arabaçı. Ba­har mən­dən ürə­yi­mi is­tə­yir...


-

Ba­har mən­dən ürə­yi­mi is­tə­yir,
Bu­laq ki­mi çağ­la­ma­ğa ve­rim­mi?
Ya sə­nin­tək bir in­saf­sız gö­zə­lə
Yüz ye­rin­dən dağ­la­ma­ğa ve­rim­mi?

Şə­fəq­lə­ri çox ürə­yə sa­çı­lıb,
Han­sı eş­qin əza­bın­dan qa­çı­lıb.
Ya­nı­nız­da qul ba­za­rı açı­lıb,
Qol­la­rı­mı bağ­la­ma­ğa ve­rim­mi?

Sən­siz hə­yat zə­hər ki­mi, nə dad-tam,
Əri­dik­cə əri­yə­cək ca­nım-şam.
Çox do­lub­san, çox do­lub­san bu ax­şam,
Göz­lə­ri­mi ağ­la­ma­ğa ve­rim­mi?

Bir söz var ki, ya­rı de­mə, ya­rı de,
İn­dən be­lə öz di­li­nə arı de.
Gö­tür­mü­sən ürə­yi­mi, ba­rı de,
Əl­lə­ri­mi sax­la­ma­ğa ve­rim­mi?

"Azərbaycan"
XS
SM
MD
LG