Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:09

Ayaz Arabaçı. Vüqar


-


VÜQAR

«Sərv ağacı hər ağacdan ucadı»

Baxmayıb yağışa, borana, selə,
Bir ömür yaşayıb, əzablı, çətin.
Gərib sinəsini tufana, yelə
Dayanıb yol üstə vüqarlı mətin.

Nəğmədi, baharın ülvi səsində,
Əyilməz, qırılmaz güclüdü himi.
Torpağın məhəbbət səhifəsində,
Ucadı Füzuli qələmi kimi.

Yanır bir qızılı zər içində – zər,
Bərq vurur tac kimi günəş, başında.
Dünyanı fəth etmiş fatehə bənzər,
Başı buludlarda, əli qaşında.

Dalğalı telindən öpübdü illər
Tale ona yardı, o taleyə yar.
Çinara nahaqdan barsız deyirlər,
Dünyada vüqardan gözəl barmı var.
XS
SM
MD
LG