-
VII əsrin yadigarı, Azərbaycanın dövlətçilik və hərb tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən Cavanşir Qalası haqqında qısametrajlı sənədli filmin çəkilişinə başlanılıb.
Xəbəri AzərTac yayıb.
Filmi «Miras» Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi «Image Company» ilə birgə çəkir.
Filmin elmi məsləhətçisi tarix elmləri doktoru, professor Qafar Cəbiyev, bərpa və konservasiya üzrə məsləhətçi italiyalı professor Luigi Skrinzi’dir.
«Miras» İctimai Birliyinin sədri Fariz Xəlilli filmin «Cavanşir qalası» barədə tanıtım filmi olduğunu deyib.
O əlavə edib ki, məqsədimiz tariximizin qəhrəmanlıqlarla dolu bir dövrünün yadigarını geniş kütləyə, xüsusi ilə yeniyetmə və gənclərə, xarici tarixçilərə, turistlərə tanıtmaqdır.
Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri olan Qafqaz Albaniyası VII əsrdə Mehranilər sülaləsinin ən görkəmli nümayəndəsi hesab edilən Cavanşirin hakimiyyəti illərində Cənubi Qafqazın, bütövlükdə Yaxın Şərqin qüdrətli dövlətlərindən birinə çevrilmişdi.
Tarixi mənbələr göstərir ki, o vaxtlar Cavanşirin, habelə onun babası Cəsur Vardanın hakimiyyəti illərində çoxsaylı müdafiə istehkamları, o cümlədən bir sıra möhtəşəm qalalar tikilib.
İsmayıllı rayonunun Talıstan kəndi yaxınlığında, Ağsu çayının sağ sahilində yerləşən Cavanşir Qalası da həmin müdafiə qalalarından biridir.
Mütəxəssislərin söylədiyinə görə, qala ya VII əsrin sonunda Alban hökmdarı Cavanşir tərəfindən, ya da Cavanşirin ölümündən sonra onun şərəfinə ucaldılıb.