Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:48

"“Ə”, “ç”, “ş”, “ğ”, “q” hərflərini əlifbadan çıxarmalıyıq"


"“Ə” hərfi uydurmadır və latın qrafikasında yoxdur"
Gözlə

No media source currently available

0:00 0:29:58 0:00
Direct-ə keçid

"“Ə” hərfi uydurmadır və latın qrafikasında yoxdur"

-

Fəxrəddin Veysəlli: “Ə” uydurmadır və latın qrafikasında yoxdur.

Firudin Cəlilov: ""Ə"nin 80 illik tarixi var, göydən düşməyib"


Əlifbada dəyişiklik edilsinmi? “Pen klub” verilişinin qonağı təklifi verən Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktor əvəzi Fəxrəddin Veysəlli və sabiq təhsil naziri, filologiya elmləri doktoru Firudin Cəlilov idi.


FƏXRƏDDİN VEYSƏLLİ: “BƏZİ İŞARƏLƏRİ ƏLİFBADAN ÇIXARTMALIYIQ”

Fəxrəddin Veysəlli:

- Əvvəla, mən demişəm ki, əlifbanın problemləri var və onlar elmi cəhətdən müzakirə olunub həll edilməlidir. Mən deməmişəm ki, təcili olaraq əlifba dəyişməlidir. Orda elmi cəhətdən mübahisə doğuran xeyli məsələ var. Biz latın qrafikalı əlifbadan istifadə ediriksə, yalnız o əlifbanın işarələrindən yararlanmalıyıq. Əlavə işarə gətiririksə, deməli, o, calaqdır. Polyaklar, almanlar, ispanlar, ingilislər, fransızlar, italyanlar öz dillərindəki spesifik səslər üçün xüsusi işarə, ya da diakretik işarələrdən istifadə ediblər. Əlifbanın qənaətcil istifadəsinin bir yolu var – kombinasiya. Birləşmə yolu ilə, mövcud işarələrdən istifadə etməklə, məsələn, ingilis, almanlar üçün “ch” ç-dir, “sh” ş-dir. Əlifbanı yenidən yükləmək lazım deyil. Bizim əlifbamızdakı bəzi işarələri tədricən aradan çıxartmalıyıq. Söhbət “ə”, “ç”, “ş”, “ğ”, “q”-dən gedir. “Ə” uydurmadır və latın qrafikasında yoxdur.

Firudin Cəlilov:

- Təbii ki, Fəxrəddin müəllimin dediklərində həqiqət var, qrammatologiya baxımdan, yəni quyruqlardır, nöqtə qoymaqdır-zaddır. Məsələnin bu, bir tərəfidir. Amma Fəxrəddin müəllim məsələnin siyasi tərəfini yəqin ki, bilmir. Bu gün Azərbaycanda istifadə olunan əlifba Azərbaycan əlifbası deyil, bu, ümumtürk əlifbasıdır. Yəni biz orda bir hərfin quyruğundan yapışıb onu dəyişsək, bütün prinsip dəyişir. 1990-cı ildə İstanbulda ortaq türk əlifbası simpoziumunda bugünkü əlifba qəbul edildi, 34 hərfdən ibarət. 20 ildir bu da
Firydin Cəlilov
Firydin Cəlilov
işlənir. “Ə” hərfi ilə bağlı dediklərinizə gəlincə, bir şeyi unutmayaq ki, bizim 1939-cu ilə qədərki əlifbamızda da həmin işarə var idi. Tatarlar, qazaxlar da bundan istifadə edirdi. Yəni 80 illik tarixi var, göydən düşməyib. Biz o quyruqları, nöqtələri ona görə qoyduq ki, Türkiyədə işlənən əlifbanı da onun içinə alaq. Bax o qüsurlar ordan gəldi.

FİRUDİN CƏLİLOV KAMİL VƏLİ NƏRİMANOĞLUNUN TƏKLİFİNƏ NECƏ MÜNASİBƏT BİLDİRDİ

Şahnaz Bəylərqızı:

- Kamil Vəli Nərimanoğlu deyir ki, bütünlükdə Türkiyə əlifbasına keçmək lazımdır.

Firudin Cəlilov:

- Əlifbadan, fonetikadan xəbəri olmayanlar o cür danışırlar. Qüsurlar Anadolu əlifbasında həddən artıq çoxdur. O qüsurları yazımıza gətirsək, böyük fəsadlar olar. Bu, təzə fikir deyil. Halbuki o zaman ortaq türk əlifbası qəbul ediləndə Türkiyədən olan alimlər də söz verdilər ki, biz artırdığımız hərfləri qəbul edəcəklər. Sadəcə, onların buna cəsarəti çatmadı. Amma qazaxlar, qırğızlar, özbəklər, türkmənlər onu parlamentdən keçirdiblər. Bu məsələ ciddi və siyasi məsələdir.

Şahnaz Bəylərqızı:

- Fəxrəddin bəy, deyirsiz ki, “ch” birləşməsi “ç” hərfini əvəzləyə bilər. Amma Azərbaycan dilində bu hərflərin yanaşı işləndiyi xeyli söz də var. Dinləyici həmin sözlərdən bəzisini göndərib: vəch, təchizat, məchul, disharmoniya, əshabə...

Fəxrəddin Veysəlli:

- Mən demirəm ki, məhz bu şəkildə verək. Mən misal gətirmişəm. Biz başqa prinsipdən də istifadə edə bilərik... Qazanacağımız o olacaq ki, vahid məkana qoşulacağıq. Biz qloballaşmadan geri qala bilmərik.

PROQRAMI TAM ŞƏKİLDƏ DİNLƏ


Şahnaz Bəylərqızı və Fəxrəddin Veysəlli
Şahnaz Bəylərqızı və Fəxrəddin Veysəlli
XS
SM
MD
LG