Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 01:22

İlham Əliyev: «Ramil Səfərovun ekstradisiyası və əfvi qanuna uyğundur»


İlham Əliyev
İlham Əliyev
-
Sentyabrın 7-də prezident İlham Əliyev Azərbaycan zabiti Ramil Səfərovun ekstradisiyası və əfv edilməsinə münasibət bildirib.

NATO-nun Baş katibi Anders Fogh Rasmussen'lə görüşdən sonra keçirilən mətbuat konfransında prezident bəyan edib ki, Ramil Səfərovun ekstradisiyası Avropa Konvensiyasına uyğun həyata keçirilib:

«Onun prezident tərəfindən əfv edilməsi isə Azərbaycan Konstitusiyasına uyğundur. Siyasi nöqteyi-nəzərdən hər şey aydındır. Azərbaycanın Avropa Konvensiyasını pozduğunu deyənlər ya reallığı görmürlər, ya da ictimai rəyi çaşdırmaq istəyirlər».

Məlumatı APA yayıb.

İlham Əliyev deyib ki, Ermənistan bundan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə zərbə vurmaq məqsədilə istifadə etməməlidir.

NATO Baş katibi son 2 gündə həm Ermənistanda, həm də Azərbaycanda bəyan etmişdi ki, Ramil Səfərov dəhşətli cinayət törədib və onun əfv edilməsi münaqişənin sülh yolu ilə həllinə dəstək vermir.

Ramil Səfərov 2004-cü ildə NATO təlimlərində erməni zabitini qətlə yetirmişdi. Macarıstan məhkəməsi onu ömürlük azadlıqdan məhrum etmişdi.

Avqustun 31-də Ramil Səfərov Azərbaycana verilib və prezident onu əfv edib.
XS
SM
MD
LG