Keçid linkləri

2025, 03 Yanvar, Cümə, Bakı vaxtı 03:10

Freedom House: «Azərbaycan interneti «xüsusilə zəif»lər sırasındadır»


Arxiv foto
Arxiv foto
Freedom House bildirir ki, internetə təzyiqlər genişlənir.

ABŞ-da yerləşən Freedom House hüquq-müdafiə təşkilatının açıqlamasına görə, dünyanın hər yerində hökumətlər İnternet azadlığına basqıları gücləndirirlər.

Təşkilatın «İnternet azadlığı-2012» adlı hesabatı ötən ili və bu ilin birinci yarısını əhatə edir.

Hesabatda deyilir ki, tədqiq olunan 47 ölkənin 14-də hökumət lehinə muzdlu şərhçilər müşahidə olunub və kiberhücum geniş yayılıb.

Freedom House internet azadlığına qanuni məhdudiyyətlərə, internetdəki tənqidçilərə qarşı fiziki hücumların genişlənməsinə də diqqət çəkir.

Hesabatda Belarus və Özbəkistan «azad olmayan» ölkə kimi qiymətləndirilib, İran, Kuba və Çində də «internet azadlığı» aşağı səviyyədə dəyərləndirilib. Azərbaycan, Pakistan və Rusiya «xüsusilə zəif» ölkələr kimi təqdim olunub.

İnterneti ən azad olan ölkə isə Estoniyadır.
XS
SM
MD
LG