Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:51

«Amnesty International» Zaur Qurbanlını azad etməyə çağırır


Gənc fəal Zaur Qurbanlı
Gənc fəal Zaur Qurbanlı
«Amnesty International» Azərbaycanı gənc fəal Zaur Qurbanlını azad etməyə çağırıb.
Zaur Qurbanlı Bakıda sentyabrın 30-da mülki şəxslər tərəfindən həbs olunub. O, insan hüquqları, demokratiya uğrunda kampaniyalar aparan Nida təşkilatının üzvüdür.

Zaur Qurbanlı ötən may ayında Azərbaycanda keçirilən «Eurovision» mahnı müsabiqəsi zamanı aparılan «Demokratiya üçün oxu» kampaniyasında iştirak edib.

Daxili İşlər Nazirliyindən AzadlıqRadiosuna bildirilib ki, Zaur Qurbanlı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar daxil olan əməliyyat məlumatı əsasında saxlanılıb. Saxlanarkən polisə müqavimət göstərib, - nazirlik bildirib.

NİDA Vətəndaş Hərəkatının üzvü Zaur Qurbanlının iş yerində axtarış zamanı qanunsuz sənədlər və digər əşyalar da götürülüb.

«Amnesty International»ın Avropa və Orta Asiya üzrə direktoru John Dalhuisen deyib ki, «Azərbaycanlı müxalifət fəalları adətən polisə müqavimət göstərmək bəhanəsi ilə həbs edilir və onların əleyhinə ittiham irəli sürmək üçün 15 gün azadlıqdan məhrum edilirlər».
XS
SM
MD
LG