Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:53

İran pulu ucuzlaşmaqdadır


İranın milli valyutası
İranın milli valyutası
-
İran tüməni yenidən ucuzlaşıb. İndi İranda 1 ABŞ dolları 4000-4100, 1 Azərbaycan manatı isə 4200 tümənə satılır. Ötən ayın sonlarında 1 Azərbaycan manatı 3300-3350 tümənə, 1 ABŞ dolları 3000-3080 tümənə olub.

Xatırldaq ki, İranın rəsmi pulu rialdır. Xalq arasında 10 riala tümən deyilir.

İrandan qayıdan Azərbaycan vətəndaşları İran tüməninin qiymətinin gün ərzində bir neçə dəfə dəyişdiyini deyirlər.

Sərhədyanı ticarətlə məşğul olan Faiq Cəfərzadəninin AzadlıqRadiosuna dediyinə görə, qısa müddətdə tümənin bu qədər ucuzlaşması gözlənilməz olub.

UCUZLAŞMA SANKSİYALARLA BAĞLIDIR

Vidadi Mirzəyev
Vidadi Mirzəyev
İqtisadçı Vidadi Mirzəyevin sözlərinə görə, tüməninin aşağı düşməsinin başlıca səbəbi İrana qarşı sanksiyaların tətbiq olunmasıdır:

«İranın əsas gəliri neftdəndir. Neft də ABŞ dollarına satılmır. Bu baxımdan da İranda beynəlxalq valyuta olan ABŞ dollarının qıtlığı yaranıb. İranda sərt iqtisadi siyasət yeridilir. İqtisadiyyatla sərt hərəkətin nəticəsi belə olmalıdır. İranda baş verənlər 90-cı illərdə SSRİ-nin başına da gəldi və bu ölkə dağıldı. İran bazarı hələ SSRİ-nin bazarından davamlıdır. Buna görə də dözür».

İqtisadçı İran milli valyutasının ucuzlaşmaqda davam edəcəyini bildirir.

Reutersin məlumatına görə, İsrailin maliyyə naziri Yuval Steinits isə bildirir ki, İranın maliyyə sistemi iflas ərəfəsindədir. Sanskiyalara görə, İran ildə 40-50 milyard dollar itirir.
XS
SM
MD
LG