Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 23:42

Hitlerin son sözləri: "Qorxuram ruslara əsir düşəm" (Yeni faktlar)


ABŞ-ın hərbi qəzeti olan "Stars and Stripes" Hitlerin ölümü haqda xəbər verir 2 may 1945
ABŞ-ın hərbi qəzeti olan "Stars and Stripes" Hitlerin ölümü haqda xəbər verir 2 may 1945
-

'Hamı mənə yalan deyib, hamı məni aldadıb, heç kəs mənə həqiqəti söyləməyib".

Bu, nasist diktatoru Adolf Hitlerin özünü bunkerdə öldürməmişdən bir neçə gün qabaq nazir və generallarına dediyi sözlərdir.

Britaniyanın Mİ-5 əks-kəşfiyyat idarəsinin keçmiş baş direktor müavini Guy Liddell-in gündəlikləri ictimaiyyətə açıqlanıb.

Həmin gündəliklərdə 2-ci Dünya Müharibəsinin son günlərində Hitlerin davranışları və nitqləri haqda Britaniya casuslarının topladığı məlumatlar da əksini tapıb.

Kəşfiyyat məlumatlarında deyilir ki, 1945-ci il aprelin 22-də keçirdiyi toplantıda Hitler öz generalları və daxili işlər naziri Heinrich Himmler qarşısında qəzəbli çıxış edib:

"Hitler saat 8.30-da gəldi. Tamam sınıxmışdı. Yanında yalnız bir neçə ordu zabiti vardı. Himmler Hitleri inandırmağa çalışırdı ki, Berlini tərk etsin...

Qəfildən Hitler özünəməxsus tərzdə nitq söyləməyə başladı:

"'Hamı mənə yalan deyib, hamı məni aldadıb, heç kəs mənə həqiqəti söyləməyib. Silahlı qüvvələr mənə yalan məlumat verib. SS məni pis vəziyyətdə qoydu. Alman xalqı qəhrəmancasına vuruşmadı. Buna görə də məhvə layiqdir... Müharibəni mən yox. alman xalqı uduzub"".

Kəşfiyyat məlumatlarında daha sonra qeyd edilir: "Bu məqamda onun sifəti qıp-qırmızı qızardı, havada oynatdığı sol əli yanına düşdü. Sol ayağını yerə yaxşı qoya bilmirdi...

Həmin gecə o, əsəb sarsıntısı keçirdi. Sayıqlayırdı ki, ölümünü Berlində qarşılayacaq".

Amma kəşfiyyat məlumatlarında silahlanma üzrə nazir Albert Speer-in Hitlerin durumu haqda dediklərinə də istinad var.

Speer-in sözlərinə görə, Hitler özünü öldürdüyü gecə "sakitləşmişdi".

"Speer dedi ki... Hitler nəhayət anlamışdı ki, onun ulduzu sönüb və müharibə uduzulub. O, Speer-ə deyib ki, ölümünü ağır həyatdan qurtuluş məqamı kimi gözləyir".

"Hitler dedi ki, bayıra çıxa, döyüşərək barrikadalar üzərində ölmək yolunu seçə bilməz. Çünki, sadəcə, qorxur ki yaralanar və ruslara əsir düşər. Buna görə də, dedi ki, özünü öldürəcək".

Hitler 1945-ci il aprelin 30-da intihar edib.

("The Telegraph" qəzetinə istinadla oxuzali.az)

Qüvvələri tükənən Hitler yeniyetmələri səfərbər edir, 22 mart 1945
XS
SM
MD
LG