Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 06:16
2 noyabr piketi
2 noyabr piketi

İctimai Palata cərimələrin artırılmasına etiraz edir

Noyabrın 2-də İctimai Palata (İP) mitinq cərimələrinin artırılması layihəsinin əleyhinə Milli Məclis qarşısında piket keçirəcəyini bildirib. Paytaxt polisi də icazəsiz aksiyanın qarşısını alacağını bildirib.

15:30 2.11.2012
AKSİYADA SAXLANANLARIN HAMISI SƏRBƏST BURAXILIB

İctimai Palatanın 2 noyabr piketi ilə bağlı Yasamal rayon polisinə aparılan 11 nəfərin hamısı xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb. Bu barədə AzadlıqRadiosuna AXCP sədrinin müavini Həsən Kərimov məlumat verib.

«Aksiya zamanı saxlanan 17 nəfərin hamısı Yasamal polisində idi. Onlardan 6 nəfəri AXCP, 5 nəfəri Müsavat partiyasının üzvləri idi. Onların hüquqlarının müdafiəsinə 2 vəkil qoşulmuşdu. Sadəcə polisdən dedilər ki, onlar buraxılacaq deyə vəkilə ehtiyac yoxdur».

Noyabrın 2-də İctimai Palata üzvləri Milli Məclisdə müzakirəyə çıxarılan «Sərbəst toplaşma azadlığı haqqında» qanunla, «İnzibati və Cinayət məcəllələrinə» təklif edilən dəyişikliyə etiraz ediblər.

Təklif edilən həmin əlavə və dəyişikliklərdə icra hakimiyyəti ilə razılaşdırılmamış aksiyaya görə cərimələrin dəfələrlə artırılması istənilir.

Davamı

XS
SM
MD
LG