Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:33

ABŞ Azərbaycanı niyə dəstəkləməlidir?


Azərbaycan-ABŞ təlimləri, 24 aprel 2009
Azərbaycan-ABŞ təlimləri, 24 aprel 2009
-
«Ərəb dünyasını bürüyən zorakılıq ABŞ siyasətçilərini, ekspertlərini bu ölkənin Amerikapərəst, sabit müsəlman ölkələrini necə və nə üçün təhdidlərdən qorumaq barədə düşünməyə vadar etməlidir».

Bunu ABŞ Ordusunun Hərbi Kollecinin Strateji Araşdırmalar İnstitutunun (U.S. Army War College's Strategic Studies Institute) rəhbəri Stephen Blank öz bloqunda yazır.

Amerikalı professorun fikrincə, Azərbaycan belə ölkələrdən biridir:

«Təzə-təzə demokratiyanın yetişməsinə, Sovet İttifaqının kölgəsindən doğmasına baxmayaraq, Azərbaycan Əfqanıstanda, İraqda, Mərkəzi Asiyada terrorizmə qarşı mübarizədə ABŞ-ın yanında olub. Bu zaman öz üzərinə nəzərəçarpacaq risk götürmüşdür. O, həmçinin özünün amerikapərəst, qərbyönlü, israilpərəst siyasətlərinə görə Rusiya və İranın daimi təhdidlərini dəf etməli olub. Ciddi problemlər və daxili hədələrlə üzləşməli olur».

YEREVAN MOSKVA VƏ TEHRANIN DƏSTƏYİ İLƏ KƏMƏRLƏRİ VURACAQ

S.Blank yazır ki, Ermənistan Azərbaycan müharibəsi bərpa olunsa, heç şübhəsiz, Yerevan Moskvanın, Tehranın köməyi ilə Amerikanın neft və qaz kəmərlərinə zərbə endirəcək.

S.Blank-ın qənaətinə görə, Suriyadakı vətəndaş müharibəsi və İrandakı vəziyyətin getdikcə pisləşməsi Azərbaycanın Qərb üçün strateji əhəmiyyətini artıracaq.

Amerikalı alim düşünür ki, başı Suriya təhlükəsinə qarımış Türkiyənin Azərbaycanı müdafiə etmək imkanları çox deyil:
Gürcüstanda rus tankı, 2009
Gürcüstanda rus tankı, 2009

«Rusiya 2010-cu ildən bəri Qafqazdakı silahlı qüvvələrini artırır. Bunu Amerika və ya İsrail İrana hücum edərsə, Tehranın Qafqaza qarşı mümkün əks-zərbəsi ilə izah edir».

Professorun fikrincə, bu, məntiqsiz bir arqument olsa da, Rusiyanın Azərbaycana və Gürcüstana qarşı təcavüz niyyətində olduğunu göstərir.

ABŞ AZƏRBAYCANI AÇIQ DƏSTƏKLƏMƏLİDİR

«Belə bir vəziyyətdə Vaşinqton nə edilməlidir?» - yazır S.Blank. «Başlıcası, ABŞ aydın şəkildə bildirməlidir ki, Azərbaycanın arxasında dayanıb».

O, daha sonra izah edir:

«Birincisi, biz Bakını ölkə daxilində din qiyafəsində təxribatlardan qoruna bilməsi və hakimiyyətinin legitimliyini artırması üçün zəruri siyasi, iqtisadi islahatlar keçirməyə sövq etməliyik.

İkincisi, biz Moskva və Tehrana açıq şəkildə bildirməliyik ki, Qafqazda yeni təcavüzkar münaqişəyə başlasalar, bunun onlar üçün nəticəsi maddi baxımdan 2008-ci ildə olduğundan daha ağır, daha böyük olacaqdır.

Üçüncüsü, Avropa Xəzər hövzəsindən neft və qazın nəqli üçün praktik iş görməlidir. Bununla Rusiyanı Avropanı «qaz silahı» ilə parçalamaq imkanından məhrum etməlidir».

İlham Əliyev və Recep Tayyip Erdoğan, 26 iyun 2012
İlham Əliyev və Recep Tayyip Erdoğan, 26 iyun 2012
BAKI-ANKARA YAXINLAŞMASI VAŞİNQTONUN MARAĞINDADIR

S.Blank hesab edir ki, Vaşinqton öz maraqları naminə, Yaxın Şərq və Qafqazdakı mürəkkəbliyi nəzərə alaraq Azərbaycan-Türkiyə yaxınlaşmasına hədsiz dəstək verməlidir.

Onun fikrincə, belə bir dəstək Dağlıq Qarabağ münaqişəsinin həqiqi çözümünə gətirib çıxarar.

S.Blank yazır ki, belə bir addım uğurlu olsa, Qafqaz sabitləşər, İranın intriqalarının və Rusiyanın təhdidlərinin qarşısı alınar. Ermənistan isə Rusiyadan daha uzağa keçərək, nəhayət bütün dünyaya açıla bilər.

«ABŞ administrasiyası bu vaxtadək Cənubi Qafqaza Əfqanıstana gedən yolda ötəri, ikinci dərəcəli məsələ kimi baxıb. Belə bir səhlənkarlıq təhlükəlidir və başadüşülən deyil. Yaxın Şərqdə, İranda və Qafqazda artmaqda olan təhdidlər ABŞ-ın Azərbaycan kimi qərbpərəst rejimləri gücləndirməsinin həyati əhəmiyyətini nümayiş etdirir. Qafqaz məsələsində səhlənkarlığımızı davam etdirsək, bu bəlaya çevriləcək. Bəlalı səhlənkarlıq isə heç şübhəsiz, təkcə qeyri-stabillik yaratmır, həmçinin zorakılığın uzanmasına səbəb olur» – yazır S.Blank.
XS
SM
MD
LG