18:06
17.11.2012
«Qolu çıxan AXCP sədr müavini Gözəl Bayramlıya polis idarəsində heç bir tibbi yardım göstərilmir».
Bunu AXCP sədr müavini Həsən Kərimov AzadlıqRadiosuna deyib:
«Gözəl Bayramlının qolunda problem var. O, polis idarəsinə gətirilərkən bizə zəng vurdu ki, qolunu çox pis burublar, qolunu qaldıra bilmir və artıq keyiməyə başlayıb. Buna görə də idarəyə həkim çağırılmasını istədi. Amma o, danışdığı yerdə telefonu əlindən alındı və biz onunla əlaqə yarada bilmirik». Həsən Kərimov deyir ki, onlar Səbail rayon Polis İdarəsində saxlanan Gözəl Bayramlıya tibbi yardım göstərilməsi üçün dəfələrlə müraciət etsələr də, nəticəsiz qalıb: «Bizim xahişimizdən sonra hüquq müdafiəçisi Elçin Behbudov da həkim çağırılmasını istəyib. Amma nəticəsi olmayıb».
Daxili İşlər Nazirliyindən bununla bağlı münasibət öyrənə bilmədik.

16:39
17.11.2012
Parlamentin buraxılması tələbilə keçirilən aksiya başa çatıb. AXCP 43, Müsavat 17 üzvünün saxlandığını bildirir. Demokrat Partiyasından da 2 nəfər saxlanıb. Daxili İşlər Nazirliyindən nə qədər aksiya iştirakçısının saxlanması haqda hələlik məlumat almaq mümkün olmayıb.
16:33
17.11.2012
15:56
17.11.2012
Your browser does not support iframes.