Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:01
17 noyabr – «Parlament buraxılsın-2» aksiyası
Gözlə

No media source currently available

0:00 0:02:18 0:00

17 noyabr – «Parlament buraxılsın-2» aksiyası

Müxalifət Bakıda aksiya keçirdi [Video]

Noyabrın 17-də müxalifət üzvləri Bakının mərkəzində etiraz aksiyası keçirməyə cəhd göstərdi. AzadlıqRadiosu aksiydan canlı reportajlar verirdi. Onun xronologiyası ilə tanış ol

11:39 17.11.2012
Noyabrın 17-də bir qrup gənc fəal və ictimaiyyət təmsilçiləri yeni parlament seçkilərinin keçirilməsi tələbi ilə Bakının mərkəzində aksiya keçirəcəklərini bəyan ediblər.

Aksiya ilə əlaqədar AXCP və ADP gənclər təşkilatlarının rəhbərləri bir neçə gün əvvəl Bakı şəhər İcra Hakimiyyətinə məktubla müraciət ediblər. Amma İcra Hakimiyyəti müraciətə müsbət cavab verməyib. Təşkilatçılar isə bütün hallarda aksiyanı keçirəcəklərini deyirlər.

Bakı şəhər Baş Polis İdarəsi təşkilatçılara xəbərdarlıq edib.

Eyni tələblə oktyabrın 20-də də Bakının «Fəvvarələr meydanı»nda aksiya olub. 13 nəfər saxlanaraq 5-10 sutka inzibatı həbs cəzası alıb.
12:25 17.11.2012
17 noyabr aksiyası ilə bağlı saxlananlar var.

Müsavat Partiyasının noyabrın 17-də yaydığı məlumata görə, səhər saatlarında partiyanın Sumqayıt rayon təşkilatının sədri Fəxrəddin Abbas və sədr müavini Vidadi Feyzi polisə aparılıb.

AXCP Ali Məclisinin üzvü Elçin Həsənov da AzadlıqRadiosuna polisə çağırıldığını deyib:

«Sahə müvəkkilimiz gəlib bizə deyir ki, səni polis rəisi çağırır, getməliyik. Mən getmək istəmirəm. Çünki həmişə mitinqlər vaxtı məni çağırırlar, gedirəm və heç bir səbəb olmadan axşama kimi orda saxlayırlar. Ötən dəfə saxladılar dedilər ki, guya, mən küçədə telefonla yüksəkdən danışmışam. Dəfələrlə məni bu adlarla saxlayıblar və hər dəfə də xəbərdarlıq edib buraxıblar».

Sumqayıt polisi isə bu barədə məlumatları təkzib edir.
13:59 17.11.2012
Müsavat Partiyası Qubadlı təşkilatının sədri Nazim Azadoğlu, Vətən Həmrəyliyi Partiyasının Sumqayıt təşkilatının sədri Elman Sadiqli polisə aparılıb.

Bu barədə AzadlıqRadiosuna Müsavat Partiyasından məlumat verilib.

DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə AzadlıqRadiosuna deyib ki, araşdırma aparıb bu məsələ ilə bağlı məlumat verəcəklər.

Müsavat Gənclər Təşkilatının Sumqayıt təşkilatının üzvü Elman Elxanoğlu isə xəbərdarlıqdan sonra sərbəst buraxılıb.
14:25 17.11.2012
Bu yaxınlarda yayılan gizli videoda rüşvətlə parlamentdə yer almaqdan söhbət gedirdi. Qalmaqallı görüntülər deputat Gülər Əhmədovanın parlamentdən istefası ilə nəticələndi.

Müxalifət gizli videonun seçkilərin saxtalaşdırılmasının sübutu kimi qəbul edərək parlamentin buraxılması tələbini irəli sürdü. Noyabrın 17-də keçirilən etirazlar müxalifətin «Parlament buraxılsın!» tələbi ilə keçirdiyi 2-ci aksiyadır.

Oktyabrın 20-də də bir qrup gənc eyni tələblə Parlament binası qarşısında toplaşmağa cəhd göstərdi. Lakin polis bu aksiyanın qarşısını aldı.

Davamı

XS
SM
MD
LG