15:28
17.11.2012
Müxalifətin etiraz aksiyası bir neçə dəqiqədir başlayıb. Onlar «Azadlıq!» şüarları səsləndirirlər.
AzadlıqRadiosunun əməkdaşları xəbər verirlər ki, polis aksiya başlar-başlamaz çox sayda aksiya iştirakçısını saxlayıb. Bundan başqa, polis jurnalistlərin çəkiliş aparmasına, işləməsinə də maneələr yaradır.
AzadlıqRadiosunun əməkdaşları bildirirlər ki, bu dəfə polis jurnalistlərlə kobud davranır. «Yeni Müsavat» qəzetinin əməkdaşı İlqar Fərahimoğlu döyülüb. Onun qabırğalarına zərbə endiriblər. Hətta jurnalistlərin bəzisini aksiya keçirilən əraziyə buraxmırlar. Səbəbini isə belə izah edirlər: «Göstəriş belədir».

15:34
17.11.2012
#17 qadinlar parlament buraxilsin deyirler http://t.co/6L7YmCzT
— Maarif Chingizoglu (@Chingizoqlu) 17.11.2012