Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 17:53

London Suriya üsyançıları qarşısında müəyyən şərtlər qoyub


William Hague
William Hague
“The Financial Times” qəzeti yazır ki, Britaniyanın xarici işlər naziri William Hague Suriya İnqilabı və Müxalifət Qüvvələrinin Milli Koalisyası ilə “müsbət və qızşın danışıqlar aparıb.

Amma o deyib ki, London Milli Şuranı rəsmən tanımazdan əvvəl müxalifətin Assad rejimindən sonra ölkəni necə görməsi barədə hesabat verməsini istəyib.

Belə görünür ki, “Ərəb Baharı”nı yaşamış ölkələrdə hakimiyyətə kifayət qədər nüfuzlu islamçı qüvvələrinin gəldiyini görən London, bu dəfə şərti şumda kəsmək istəyir.

Suriya müxalifət koalisyanın rəhbəri Moaz al-Khatib-in Qərb ölkələrinə səfərlərinin ardınca cənab Hague bildirib ki, vahid müxalifətin təşəkkül tapması ölkəyə daha çox xarici müdaxilə üçün yol aça bilər.

Bununla belə, nazir Suriya müxalifətindən ölkənin gələcəyinə dair dəqiq siyasi hərəkət planı istəyib. William Hague tələb edir ki, Suriyanın gələcək hökumətində təkcə islamçılar yox, cəmiyyətin bütün qüvvələri təmsil olunsun.

Hague həmçinin bildirib ki, London müxalifətə daxil olan bütün qüvvələrin insan haqlarına hörmət edəcəyi barədə vəd vermələrini istəyir. O, bildirib ki, Britaniya hökuməti, xüsusilə zorlama da daxil olmaqla qadınlara qarşı, törədilən cinayətlərdən narahatdır.

LONDON SURİYA MÜXALİFƏTİNƏ SİLAH VERMƏK İSTƏYİR

Fransa ötən həftə hazırkı Suriya müxalifətini Bashar al-Assad rejiminin legitim xələfi kimi tanıyıb, lakin göründüyü kimi London hələlik bu məsələdə tələsmir.

Suriya müxalifətinin liderləri ilə görüşdən sonra, Hague bildirib ki, Avropa ölkələri Suriyaya silah embarqosunun qaldırlmasının məqsədyönlüyünü müzakirə edir.

“The Financial Times” qəzeti yazır ki, Britaniya hökuməti üsyançıların silahla təchizatı yollarını müzakirə edir, lakin hələlik heç bir konkret qərar qəbul edilməyib.

Fransa da öz növbəsində Suriya müxalifətinin “müdafiə silahları” ilə təchizatı barədə düşünür.

Fransanın xarici işlər naziri Laurent Fabius deyib ki, üsyançılar tərəfindən artıq azad olunmuş ərazilərin rejim tərəfindən bombardmanına yol verilə bilməz.

Avropa Birliyinin vəzifəli rəsmilərindən biri deyib ki, hələlik silahların rejimin yox, üsyançıların əlinə düşəcəyini tənzimləyəcək mexanizm yoxdur və bu səbəbdən silah embarqosunun ləğvi mürəkkəb məsələdir.

SÜNNİ-ŞİƏ MƏSƏLƏSİ YENƏ DƏ GÜNDƏMDƏDİR

Bu arada Qərbin narahatlıqlarını yatırmaq istəyən Müsəlman Qardaşlığı təşkilatı bildirib ki, o, Suriya üsyanını monopoliyaya almaq niyyətində deyil. “The Daily Star” qəzetinin yazdığına görə, bir sıra siyasi dairələr, narahatdırlar ki, QətərTürkiyəyə yaxın olan Qardaşlıq təşkilatı Suriyada sünnilərin dominantlığı əsasında şəriət qanunları ilə idarə edən hökumət qura bilər.

Təşkilatın keçmiş liderlərindən Ali Sadreddine al-Bayanouni Reuters agentliyinə deyib ki, Müsəlman Qardaşlığı Şəriət qanunlarının tətbiqinə yalnız konsensus əsasında nail olmağa çalışacaq.

“Suriyada heç bir partiya monopoliya qüvvəsinə malik ola bilməz, - deyib Ali Sadreddine al-Bayanouni, - Suriya illərdir birlikdə yaşayan etnik, dini və təriqət mozaikasına malikdir və bu birgəyaşayış davam etdirilməlidir”.

QARDAŞLARIN KÖHNƏ VƏDLƏRİ

Bir çox ekspertlər bu qənaətdədirlər ki, “qardaşlar” eyni vədləri Misirdə də verirdilər, lakin bu, onların öz ideologiyalarını dəyişmək arzusundan yox, Qərbi sakitləşdirmək niyyətindən irəli gəlirdi.

Bəziləri deyirlər ki, Müsəlman Qardaşlığı Suriya daxilində dəstək qazanmaq üçün bir sıra yerli qrupları maliyyəlşdirir.

Onlar həmçinin Milli Koalisiyada nəzarəti ələ keçirməyə can atırlar. İslamçıların əksəriyyəti ölkəyə illərdir rəhbərlik edən Ələvi dünyəviçilərini qəbul etmir və onlar Ələviləri ümumiyyətlə müsalman saymırlar.

Bununla yanaşı, Müsəlman Qardaşlığı təşkilatı ilə Sələfi isdlamçıları arasında mürəkkəb münasibətlər mövcuddur.

Müsəlman Qardaşlığı fəalları, inandırmağa çalışırlar ki, Dəməşqdə İran tərəfindən dəstəklənən şiə çoxluqlu hökuməti, Səudiyyə və Qətər tərəfindən dəstəklənən sünni hökuməti əvəzləməyəcək.
XS
SM
MD
LG