-
Son vaxtlar Naxçıvan bazarlarında kartofun kilosu 1 manatadək bahalaşıb.
Elə AzadlıqRadiosuna müraciət edən Naxçıvan sakini Əfsun Mahmudovun şikayəti də kartofun qiymətinin baha olması ilə bağlıdır. Bəzi naxçıvanlılar kimi, o da qiymət artımını yerli kartof istehsalının aşağı düşməsində və bu məhsulun qonşu ölkələrdən Naxçıvana idxalının monopoliyaya alınmasında görür.
RƏSMİ STATİSTİKA NƏDƏN XƏBƏR VERİR?
Muxtar Respublika Ali Məclisinin orqanı «Şərq Qapısı» qəzeti isə Kənd Təsərrüfatı Nazirliyinə istinadən yazır ki, bu il 2831 hektar sahədə kartof əkilib. Bu da ötən ilə nisbətən 67 hektar çoxdur. Hər hektarın orta məhsuldarlığının isə 135 sentner olduğu göstərilir.
Belə çıxır ki, bu il Naxçıvanda 40 milyon kiloya yaxın kartof tədarük olunmalı idi. Rəsmi statistikada muxtar respublika əhalisinin sayı 400 min nəfərdən bir az artıq göstərilir. Bu rəqəmə inansaq bu il Naxçıvanda hər nəfərə təqribən 100 kiloya yaxın kartof düşməli idi. Bəzi ekspertlər isə iddia edirlər ki, Naxçıvanın hazırkı əhalisi rəsmi rəqəmlərdə göstərilənlərdən xeyli aşağıdır. Bu iddiaları da nəzərə alsaq, muxtar respublikada hər nəfərə düşən kartofun çəkisi 100 kiloqramdan xeyli arıq olmalıdır.
Müqayisə üçün qeyd edək ki, ötən il bütünlükdə Azərbaycanda da kartof istehsalı hər nəfər üçün təxminən 100 kilo olub. Ekspertlər deyir ki, bu ildə elə o qədər olmalıdır. Hazırda Bakı bazarlarında kartofun kilosu 50 qəpikdən satılır. Belə nəticəyə gəlmək olar ki, ya muxtar respublikada kartof istehsalındakı rəqəmlər şişirdilir, ya da ki, yerli bazarlarda qiymətlərin aşağı olmasına süni şəkildə maneələr yaradılır.
«TOXUMUNA VER, GÜBRƏSİNƏ VER, DƏRMANINA VER, 10 QƏPİK ANBARA VER...»
Kartof əkini ilə məşğul olan bəzi naxçıvanlı fermerlər də hesab edirlər ki, muxtar respublikada kartof əkini ilə bağlı rəqəmlər xeyli şişirdilib. Onların bildirdiyinə görə, bu qədər məhsulu saxlamaq üçün Naxçıvanda kifayət qədər soyuducu anbarları da yoxdur. Fermerlər deyir ki, hazırda bazarlarda baha qiymətə satılan kartof da bir qrup monopolistlərin nəzarətindədir. Şərti olaraq Məmməd Əliyev adlandırdığımız fermer deyir ki, bu il əkdiyi kartofun məhsuldarlığı bol olsa da, saxlama şəraiti olmadığından yerdən çıxarıb dəyər-dəyməzinə satıb:
«Hamı eyni vaxtda çıxarır deyə, məhsulu dəyər dəyməzinə veririk. Naxçıvanda kartofu saxlamaq imkanı yoxdur. 1-2 soyutma anbarı var. İndi bazarlarda yerli kartof tapa bilməzsən. Türkiyə kartofu bazarda 1 manata satılır. Türkiyə kartofu İran kartofundan yaxşı satılır deyə, Türkiyədən 20-22 qəpiyə alıb gətirib 80 qəpiyə satırlar. Özlərinə əkmək sərf eləmir. Niyə əziyyət çəksinlər ki? Gedib alıb gətirir, rahat satır. Bizəsə əziyyət çəkirik - toxumuna ver, gübrəsinə ver, dərmanına ver, 10 qəpik anbara ver, orada da suyu çəkilir, çəki aşağı düşür. Amma bunlar əziyyət çəkmədən 60 qəpik qazanırlar. Türkiyədən adi vətəndaşlara 10 kilodan artıq gətirməyə qoymurlar. Özləri istədiyi qədər gətirib satırlar. Buna görə də qiymət bahalaşır. Biz başqa nə işlə məşğul ola bilərik. İş yox, güc yox. Məcbur əkirik kartofu».
«BİZƏ İMKAN VERMİRLƏR Kİ, İRANDAN, TÜRKİYƏDƏN KARTOF GƏTİRƏK»
Bəzi Naxçıvan sakinləri də bildirirlər ki, qonşu ölkələrdən Naxçıvana kartof və digər məhsulların gətirilməsinə gömrük məntəqələrində süni əngəllər yaradılır. Ailəsi ilə birgə İrandan qayıdan Naxçıvan sakini Əsgər Hüseynov deyir ki, Culfa Gömrük Məntəqəsində gətirdikləri kartof əllərindən alınıb:
«4 nəfər getmişdik. Bir ailə üçün 5 kq kartof buraxırlar. Bu, heç iki günə çatmaz. Bizə qadağan ediblər 5 kq-dan artıq kartof çıxarmağa. Naxçıvanda kartof əkilmir, mən nə ilə yaşamalıyam? Pul yox ət alaq, başqa ərzaq alaq. Nə yeməliyik? İranda kartof 15 qəpikdir. Özləri gətirib baha satırlar. Yerli kartof deyilən şey yoxdur bazarlarda. Öz əllərindədir. Bizə imkan vermirlər ki, İrandan, Türkiyədən kartof gətirək. Özlərindən baha qiymətə, 1 manata alırıq».
Məsələyə münasibət öyrənmək üçün Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin aparat rəhbəri Elnur Bağırov kartofun bazardakı qiymətinə münasibət bildirmək istəməsə də, Naxçıvanda kifayət qədər soyuducu anbarların olduğunu bildirdi:
«Statistikanın məlumatları çıxır, rəsmi surətdə qəzetdə gedir. «Şərq Qapısı» qəzetində gedən məlumat bizim rəsmi mövqeyimizdir. Bundan artıq məlumat verə bilməyəcəyəm. Naxçıvanda kifayət qədər soyuducu var və yeniləri tikilir».
Culfa Gömrük Məntəqəsindən də hər nəfər üçün 5 kilodan artıq kartof buraxılmadığını bildirdilər. Adının çəkilməsini istəməyən məmur bu göstərişin «yuxarı»dan verildiyini qeyd etsə də, bu haqda ətraflı məlumat vermədi.
Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsindən də suallarımızı cavablandırmaq istəmədilər.
«KARTOF İDXALI İLƏ MƏŞĞUL OLANLAR QİYMƏTLƏRİN QALDIRILMASINDA ROL OYNAYIRLAR»
İqtisadçı ekspert Məhəmməd Talıblı isə deyir ki, bazarda həqiqətən yerli mal qıtlığı varsa, idxala yol açılmalıdır:
«İdxal olunmuş məhsulların üzərində inhisarçılıq halları var ki, kartof bazarda baha satılır. Bu, iki halda mümkündür. Ya, idxalçıların monopoliyası hesabına, yaxud da pərakəndə satış şəbəkələri tərəfindən qiymət qaldırılır. İndiki vəziyyətdə mənə elə gəlir ki, kartof idxalı ilə məşğul olanlar qiymətlərin qaldırılmasında rol oynayırlar».
«1 manata da kartof olar? Hər şey öz əllərindədir. Kartofu da monopoliyaya alıblar. İş yox, güc yox, qazanc yeri yox. Haradan alım bir manatı kartofa verim? Niyə Bakıda 40 qəpiyə, burda isə 1 manata olmalıdır?».